Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:19

Gənc rəssamı küçənin ortasında kim ölumcül döyüb?


Batunay Haqverdiyev.
Batunay Haqverdiyev.

Criminal.az saytının yaydığı xəbərə görə, rəssam Batunay Haqverdiyev naməlum şəxslərin hücumuna məruz qalıb.

Britaniya Rəssamlıq Akademiyasının məzunu olan B. Haqverdiyev axşam saatlarında evinin eyvanında dayanarkən xoşagəlməz mənzərənin şahidi olub.

Buna da bax:​ Məhbuslar üçün məktub marafonu Praqada davam edib

Cangüdənləri ilə gəzişən bir nəfər öz itini sahibsiz və arıq itin üstünə qısqırdaraq döyüşdürmək istəyib. B. Haqverdiyev onlara irad tutub və iti kənara çəkib. Bu zaman həmin şəxslər Batunayı ağır söyüşlərlə təhqir ediblər. Əlbəyaxa dava başlayıb. 3 nəfər iri cüssəli şəxs B.Haqverdiyevi huşunu itirənədək döyüb.

B.Haqverdiyev ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunub.

B. Haqverdiyevin anası Yelena Haqverdiyeva bildirib ki, oğlu Tibb Universitetinin Xəstəxanasında əməliyyat olunub, vəziyyəti yaxşı deyil.

Buna da bax:​ Peşəkar kinooperator bunları bilməlidir: Rəssamlıq, fotoqrafiya, hətta fəlsəfə...

Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsindən hazırda araşdırma aparıldığını, B. Haqverdiyevi döyən şəxslərin kimliyinin hələlik məlum olmadığını bildiriblər.

Batunay Haqverdiyev rəssamlar Ucal Haqverdiyevin (1960-2004) oğlu, Həsən Haqverdiyevin nəvəsidir.

Batunay 1989-cu ildə doğulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG