Azərbaycanda baş nazir postu ləğv edilə bilərmi?
Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov hesab edir ki, ölkə prezident respublikası olduğu və birbaşa prezident tərəfindən idarə edildiyi üçün Baş nazir postuna və Nazirlər Kabinetinə ehtiyac yoxdur. Eks-səfir vurğulayıb ki, bu məsələ illər öncə də müzakirə olunub: "Mən Avropa İttifaqında səfir işlədiyim dövrdə Avropa Komissiyası Azərbaycanda Nazirlər Kabinetinin ləğvini nəzərdə tutan layihə təklif etmişdi".