Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 08:54

Bağdadda partlayış, ölənlər var


Xəritə, Bağdad

Dekabrın 31-də İraq paytaxtı Bağdadım mərkəzində baş verən iki partlayışda 27 adam həlak olub, onlarla yaralı var.

Partlayışlar paytaxtın Əl-Sinak rayonunda, maşın ehtiyat hissələri satılan bazarın yaxınlığında olub. Həmin vaxt bazar adamla doluymuş.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən yoxdur, ancaq son vaxtlar özünü İslam dövləti adlandıran yaraqlılar Bağdadda dinc sakinləri hədəfə alıb.

İD keçirilən hərbi əməliyyatlar nəticəsində İraqın şimalında və şərqində işğal etdiyi ərazinin çox hissəsini itirib.

Hadisənin təfərrüatı, kimin törətdiyi hələ bəlli deyil.

XS
SM
MD
LG