Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 17:27

Trump-ın strateqi Steve Bannon-un Milli Təhlükəsizlik Şurasından çıxarıldığı xəbər verilir


Steve Bannon
Steve Bannon

Ağ Evdə olan mənbələr ABŞ prezidenti Donald Trump-ın özünün ziddiyyətli baş siyasi strateqi Steve Bannon-u qüdrətli Milli Təhlükəsizlik Şurasından çıxardığını xəbər veriblər.

AzadlıqRadiosu xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının yeni tərkibi ABŞ hökumətinin Federal Qeydiyyat qurumu tərəfindən aprelin 5-də elan edilsə də, ictimaiyyət üçün aprelin 6-da açıqlanacaq.

Ağ Evdəki anonim mənbələr bunu da bildiriblər ki, bu barədə verilmiş memorandumda Bannon-un şuradan çıxarılması və tərkibə milli kəşfiyyat direktorunun və Qərargah Rəisləri Birləşmiş Komitəsi sədrinin daxil edilməsi qeyd olunub.

Ağ Evin vəzifəli rəsmisi Associated Press agentliyinə deyib ki, fevral ayında Trump-ın birinci milli təhlükəsizlik müşaviri Michael Flynn istefa verdikdən sonra Bannon-un şurada daimi üzv olmasına ehtiyac qalmayıb.

Trump-ın Bannon-u şuraya daxil etməsi bir çox opponentlər tərəfindən kəskin tənqidlə qarşılanmışdı.

Reuters agentliyi adının çəkilməsini istəməyən Ağ Ev rəsmisinə istinadən bildirib ki, Bannon-un şuradan çıxarılması hazırkı milli təhlükəsizlik müşaviri H.R. McMaster üçün qələbə hesab edilə bilər.

Bəzi məlumatlara görə, onunla Bannon arasındakı münasibətlər son dərəcə gərgin idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG