Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:06

Banqkoka uçan təyyarə hava boşluğuna düşüb, xəsarət alanlar var


arxiv foto

Moskvadan Banqkoka (Tailand) uçan «Aeroflot» aviaşirkətinə məxsus Boeing 777 təyyarəsi yerə enməzdən 40 dəqiqə əvvəl güclü hava boşluğuna düşüb.Təhlükəsizlik kəmərini taxmamış 20-dən çox sərnişin xəsarət alıb.

Təyyarə Banqkok aeroportuna səhər saat 3:38-də enib.

Rusiyanın Tailanddakı səfirliyinin verdiyi məlumata görə, olaydan sonra xəstəxanaya 27 nəfər müraciət edib. Onlardan 24-ü Rusiya, 3-ü Tailand vətəndaşıdır. Rusiya vətəndaşlarından 4-ü artıq xəstəxanadan çıxarılıb. O da bildirilir ki, xəstəxanada olanlardan heç biri üçün həyati təhlükə yoxdur, amma bəzilərinin əməliyyata ehtiyacı var.

Xəsarət alanların müalicə xərclərini aviaşirkət ödəyəcəyini bildirib.

Aviaşirkət təmsilçilərinin açıqlamasında bildirilir ki, Boeing 777-in düşdüyü hava boşluğu elə bir hadisədir ki, bu, aydın səmada baş verir və hava radarı onu tuta bilmədiyindən baş verəcəyini əvvəlcədən xəbərləmək mümkün deyil.

Sözügedən təyyarədə əksəriyyəti Rusiya vətəndaşı olmaqla 313 sərnişin olub. Xəsarət alanların çoxu təyyarənin quyruq hissəsində oturanlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG