Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

Feminist Hərəkatının Bakıda 8 Mart aksiyası-yenilənib


Bakıda qadına qarşı zorakılığa etiraz edilir, arxiv foto
Bakıda qadına qarşı zorakılığa etiraz edilir, arxiv foto

Feminist Hərəkatının 8 mart aksiyasında saxlananların hamısı sərbəst buraxılıb. Amma onlar Bakıda deyil, aksiya keçirdikləri yerdən xeyli uzaqda, Qobustan çöllüyündə buraxılıblar.

***

Aksiyada zorakılığa mərz qalanlardan biri də siyasi fəal Vəfa Nağıdır. Fəal iddia edir ki, polis onun üzünə sillə vurub. Facebook səhifəsində, fotosunu paylaşan fəal "polis əminin əl işi" deyə üzündə qalan qızartını göstərib.

***

Gülnara Mehdiyeva: “10 nəfər saxlanılıb”

Aksiyada 10 nəfər saxlanılıb. Bunu AzadlıqRadiosuna Feminist Hərəkatının rəhbəri Gülnara Mehdiyeva deyir. Onun sözlərinə görə saxlanılanlardan 5 nəfəri Qobustana aparıblar. Həmin şəxslər bunlardır: Məhəmməd Kekalov, İsgəndər Məmiyev, Ramin Hacılı. Hərəkat rəhbəri saxlanılanlar arasında soyadını bilmədiyi Azad və Məhiyəddin adlı şəxslərin də oldyğunu qeyd edir.

Gülnara Mehdiyeva digər saxlanılan 5 nəfərin hara aparıldıqlarını dəqiqləşdirə bilmədiklərini söyləyir.

Qeyri-iş günü olduğundan AzadlıqRadiosu Daxili İşlər Nazirliyindən deyilənlərlə bağlı məlumat öyrənə bilməyib.

***

Polis aksiyaçıları dağtmaq üçün onlardan bəzisini zorla "Sahil" metrostansiyasının içərisinə qovub. Dağılışmaq istəməyən aksiyaçılar elə metronun girişində "Şiddətə susma" şüarları səsləndirməkdə davam etdiriblər.

****

Aksiya iştirakçıları Səbail rayon Polis İdarəsi 39 saylı bölmənin qarşısına toplaşaraq saxlanan aksiya iştirakçılarının azadlığa buraxılmasını tələb edirlər. Bölmədən saxlanılanların azad edildiyi bildirilib. Ancaq aksiyaçılar buna inanmırlar və "Azad et" şüarları səsləndirməklə yürüş edirlər.

***

Mart 8-də Feminist Hərəkatı Bakının Fəvvarələr Mərkəzindən başlayaraq "8 MARŞ - Bizimdir Hürr Küçələr" yürüşünü keçirib. Aksiyanın əsas şüarı “Şiddətə susma!” olub. Nizami küçəsində polislər aksiyaya müdaxilə edib, onların irəliməsinin qarşısı alınıb.

Feminist fəallar Bakıda aksiya keçirdi-saxlananlar var
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Polislər aksiya iştirakçılarının qaldırdılqarı plakatları alıblar. İştirakçılardan bir neçə nəfər saxlanılıb. Bununla belə aksiya müxtəlif yerlərdə davam edib.

Aksiyadan əvvəl təşkilatçılar bəyanat yayıblar. Bəyanatda Azərbaycanda baş verən çoxsaylı qadın qətllərindən, selektiv abortlardan, gender əsaslı ayrı-seçkilikdən və zorakılıqdan, erkən nikahlardan, qızların təhsildən məhrum olunmasından və zorla evləndirilmədən, süpürgəçi qadınların təhlükəli iş şəraitində ölümə məruz buraxılmasından, qadın bədəninin istismarından narahatıqlıq ifadə olunur.

Daha sonra qeyd edilir ki, patriarxal dəyərlərin hakim olduğu ölkədə heç bir qadın azad deyil:

“Bunun ən əsas səbəbi dövlətin patriarxal dəyərlərə söykənməsi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün öz öhdəliklərini lazımınca həyata keçirməməsidir”.

Bəyanat müəllifləri bir sıra tələblə çıxış ediblər. Gender və cinsi oriyentasiyasından asılı olmayaraq bütün fərdlərin təhlükəsiz mühitdə yaşamaq və işləmək haqqının, hər kəsə əmək fəaliyyəti üçün bərabər imkanların, hər kəsin təhsilə çatımlılığının, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması haqqında beynəlxalq konvensiyanın şərtlərinə tamlıqla əməl edilməsini, Azərbaycanın İstanbul konvensiyasına qoşulmasının təmin edilməsini tələb edirlər.

Aksiyanın təşkilatçılarından Elgiz Qəhrəman saxlanılanların olduğunu bildirir. Bunlar Aysel Umudova, Əhməd İsmayılov, Azər Hümbətovdur. E.Qəhrəman onlardan birinin - Əhməd İsmayılovun başının yarıldığı deyir.

“Toplum TV”nin əməkdaşı Zərifə Novruz-un telefonu tapdanıb, vəsiqəsi cırılıb və qolu burulub. Bu haqda jurnaist özü məlumat verib.

Saxlanan aksiyaçıların Səbail rayon Polis İdarəsinin 39 saylı bölməsinə aparıldığı bildirilir.

8 mart günü bir sıra postsovet respublikalarında da qadın hüquqları ilə bağlı aksiyalar keçirilib. Rusiyanın bir sıra şəhərlərində keçirilən aksiyalarda qadınlara qarşı zorakılıqlar olub. Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən aksiyada qadınlardan bəzilərini polis saxlayıb.

Bişkek, 8 mart 2020
Bişkek, 8 mart 2020

AzadlıqRadiosunun Qırğız xidmətinin yaydığı məlumata görə, maskada olan naməlum adamlar aksiya keçirən qadınlara hücum ediblər, əllərindəki plakatları cırıblar. Hadisə yerinə gələn polislər onları yox, qadınları və bir neçə jurnalisti saxlayıblar. Saxlanmanın nə ilə bağlı olduğu isə onlara izah edilməyib.

Qadın hüquqlarının pozulmasına etiraz aksiyaları Qazaxıstanın da bir sıra iri şəhərlərində də keçirilib. 200 nəfərə yaxın qadının iştikirat etdiyi bu aksiyaları da Qazaxıstandakı feministlər təşkil edilib.

Novosibirsk 8 mart aksiyası 2020
Novosibirsk 8 mart aksiyası 2020

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG