Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:55

Bakıda 'qadınlara qarşı şiddətə son' tələbi ilə aksiya-video və fotolar


Bakıda qadına qarşı zorakılıqlarına qarşı etiraz asiyası keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Bakıda "qadınlara qarşı zorakılıqlara son" aksiyası, 20 oktyabr 2019

Aksiya iştirakçılarının bəziləri yenidən toplaşaraq saxlananların buraxılmasını tələb ediblər. Polislər isə hamının buraxıldığını qeyd edərək, onlardan dağılmağı istəyiblər.

Bundan sonra aksiya iştirakçıları yenidən “ şiddətə susma” və başqa şüarlar səsləndiriblər. Aksiyada bəzi partiya sədrləri də iştirak edib.

REAL sədri İlqar Məmmədov, 20 oktyabr 2019
REAL sədri İlqar Məmmədov, 20 oktyabr 2019

***

Bu gün, oktyabrın 20-də Bakının mərkəzində, Natavanın heykəli önündə “şiddətə son”, “ şiddətə dözmə” kimi şüarlarla aksiya keçirilir.

Əllərində müxtəlif şüarlar yazılşmış plakatlar olan aksiya iştirakçıları qadınlara şiddətin əleyhinə olduqlarını bildiriblər. Aksiya yerinə polislər gəlib.Onlar aksiya iştirakçılarının əlində olan plakatları alaraq cırıblar. Aksiya iştirakçılarından saxlanıb, aparılanlar da olub.

Qadına qarşı zorakılığa etiraz, BakI 20 OKTYABR 2019
Qadına qarşı zorakılığa etiraz, BakI 20 OKTYABR 2019

Aksyadan əvvəl yayılan bəyanatda qeyd edilir ki, onlar Azərbaycanda baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara etiraz edirlər.

“Biz təhsildən məhrum edilən, zorla evləndirilən, əməyi istismar olunan, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçirik.”, deyə bəyanatda bildirilir.

Bəyanatda habelə yazılıb ki, qadınları ikinci dərəcəli varlıq olaraq görən, onların bərabərsizliyini və istismarını bəsləyən patriarxal dəyərlər hüquq-mühafizə sistemində, digər dövlət strukturlarında da hakimdir.

“Tələb edirik ki, İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası” imzalansın...”, bəyanatda yazılıb.

Polislər aksiyanın genişlənməsinə imkan vermir, Bakı, 20 oktyabr 2019
Polislər aksiyanın genişlənməsinə imkan vermir, Bakı, 20 oktyabr 2019

Polislər aksiyanın qarşısının alınmasını onun şəhər rəhbərliyi ilə razılşdırılmaması ilə izah ediblər.

Bakıda aksiya: Bu dəfə "Qadına qarşı zorakılıqlara son qoyulsun deyilir
Gözlə

No media source currently available

0:00 0:00:19 0:00
Qadınların keirdiyi bu aksiyada da təmizlikçi qadınlar gözə dəyib, 20 oktyabr 2019
Qadınların keirdiyi bu aksiyada da təmizlikçi qadınlar gözə dəyib, 20 oktyabr 2019
Aksiya keçirənlərin qaldırdıqları plakatlar
Aksiya keçirənlərin qaldırdıqları plakatlar
Aksiyadakı tələblərdən biri
Aksiyadakı tələblərdən biri

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG