Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:28

Sürücülərə xəbərdarlıq edildi


Foto:arxiv

Paytaxtın küçə və prospektlərində yolun hərəkət hissəsi qardan təmizləndiyindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilmir.

APA-nın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq sürücülərdəndiqqətli olmalarını xahiş edir.

Sürücülərə qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmək, nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmək tövsiyə olunur.

Agentlik həmçininpiyadaları diqqətli olmağa çağırır. Onlara nizamlanmayan keçidlərdən istifadə edərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmamaq tövsiyə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG