Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:10

Vəkil: 'Bu, hansı qəzadı? Sumqayıt yolunda olan?'


Bakı-Sumqayıt yolunda altı tələbənin ölümüylə nəticələnmiş yol qəzası. 09 Mart 2017
Bakı-Sumqayıt yolunda altı tələbənin ölümüylə nəticələnmiş yol qəzası. 09 Mart 2017

Bakı-Sumqayıt yolunda altı tələbənin ölümüylə nəticələnmiş yol qəzasına görə həbs olunan Namiq Hüseynova dövlət hesabına vəkil təyin olunub. Vəkil Şirin Atayev onun hüquqlarını müdafiə eləmək üçün məhkəməyə gəlsə də, məlum olub ki, nə hansı işə çıxdığını, nə də kimi müdafiə edəcəyini bilir.

Qəzanı törədən mikroavtobusun sürücüsü N. Hüseynovun haqqındakı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrlik etdiyi hakimlər heyəti baxır.

Buna da bax:​ Qəza törədən avtobus qanunsuz işləyirmiş? [yenilənib]

İyunun 20-də məhkəmənin hazırlıq iclasında hakim məlumat verib ki, təqsirləndirilən şəxsin vəkili yoxdur. Ona görə də Şirin Atayev ona dövlət hesabına vəkil təyin olunub.

Bu zaman məhkəmədə zərərçəkmişlər etiraz ediblər.

“Altı balanın ölümünə, 21 nəfərin yaralanmasına səbəbkar olan adamı müdafiə etmək olmaz”, – zərərçəkənlər etirazlarını belə əsaslandırıblar.

Hakim isə zərərçəkmişlərə izah edib ki, ağır cinayətdə ittiham olunan şəxs mütləq vəkillə təmin olunmalıdır, bu, qanunun tələbidir.

Buna da bax:​ ‘Bakı-Sumqayıt marşrutunda illərdir özbaşınalıqdır’ [qəzaya reaksiyalar]

Dövlət hesabına təyin olunan vəkil danışanda aydın olub ki, o, ümumiyyətlə, müdafiəçi qismində hansı işə göndərildiyini bilmir: “Bu, hansı qəzadı? Sumqayıt yolunda olan? Televizorda göstərmişdilər, bu həmin adamdı? Həəə, Allah rəhmət eləsin!”

Altı nəfərin ölümünə səbəb olan qəza ilə bağlı məhkəmə baxışı iyunun 29-na təyin olunub.

Xatırlatma

Bu il martın 9-da səhər saat 08:00 radələrində Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində Sumqayıt sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus nasazlığa görə yolda dayanmış “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetinin 6 tələbəsi - İbrahim Quliyev, İbrahim Nəsibov, Çinarə Quliyeva, Rəşad Canıyev, Roza Muradova və Lalə Nəsirzadə dünyasını dəyişib, 21 nəfər xəsarət alıb.

Buna da bax:​ Sürücü bir ildə 24 dəfə qaydaları pozubmuş

Hadisədən sonra həbs olunan sürücü Namiq Hüseynov Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG