Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:33

Sürücü bir ildə 24 dəfə qaydaları pozubmuş


Sumqayıt yolunda qəza olan yer
Sumqayıt yolunda qəza olan yer

Bakı-Sumqayıt yolunda ağır yol qəzasının dərsləri.

Dövlət yol polisi şəxsi avtomobillərin sürücülərinə qarşı göstərdiyi barışmazlığı sərnişin daşıyanlara niyə tətbiq etmir? Ya edə bilmir?

Martln 9-dakı qəzada 5 nəfər öldü, 20-dən çox şəxs xəsarət alıb. Mikroavtobusda 28 nəfər şəxs olub. Ölənlər isə tələbələr idi. Onlar dərsə gedirdi.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, əslində qanunvericilikdə bu məsələlərin bütün incəlikləri ilə bağlı bütün müddəalar mövcuddur. Hüquqşünas deyir ki, problem qanunda nəzərdə tutulanların tətbiqindədir.

Ərşad Hüseynov deyir ki, bütün olanları hər kəs bilir, ancaq heç kim görmür. Onun sözlərinə görə qanunu pozanların arxasında dayananları araşdıranda arxasında xeyli nüfuzlu şəxslərin durduğunu görmək mümkündür. Ekspert deyir ki, bütün bu qanunsuzluqlar sonda faciə ilə nəticələnə bilər. Ərşad Hüseynov bildirir ki, qanunda olanlar prinsipial olaraq tətbiq olunsa bu kimi hadisələr baş verməz.

Ərşad Hüseynov: "Qanun var, tətbiqi yoxdur"
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00
Direct-ə keçid

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov deyir ki, bu baş verən hadisələr təsadüfi deyil. O deyir ki, bu cür marşrut avtobuslar stabil olaraq işləyir və kimlərinsə kurasiyasında olur. Ekspert bunu keçmiş Nəqliyyat nazirliyinin tör-töküntuləri adlandırır. Onun sözlərinə görə yeni yaradılmış nazirliyin qarşısında çox böyük işlər durur ki, bu kimi xoşagəlməz və qanunsuz halları aradan qaldırsın.

Məzahir Rüstəmov deyir ki, bu vaxta qədər bu kimi qanunsuz halları aidiyyatı qurumların hamısı bilib və göz yumub. Onun sözlərinə görə cavabdeh şəxslər ciddi cəzalandırılmalıdır.

Məzahir Rüstəmov: "belə hadisələr təsadüfi deyil"
Gözlə

No media source currently available

0:00 0:05:24 0:00
Direct-ə keçid

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, bütün bunların səbəbi sürücülərin məsuliyyətsizliyi və sərnişindaşımada olan mövcud problemlərdir. Kamran Əliyev deyir ki, bu problemlər kompleks şəklində həll edilməlidir.

Yol polisinin rəsmisi onu da deyir ki, həmin hadisəni törədən sürücü bir il ərzində 24 dəfə qaydaları pozmasına baxmayaraq yenə də sərnişindaşımanı davam etdirib. Kamran Əliyev deyir ki, yol polisi onun bu sahədə fəaliyyətinə qadağa qoymaq səlahiyyətində deyil.

Kamran Əliyev: "həmin hadisəni törədən sürücü..."
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG