Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 13:24

Bakının Baş Planına yenidən baxılır


Hüquq müdafiəçisi Leyla Yunusun ofisinin sökülməsi 11 avqust 2011

“Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş planı” layihəsi”nə yenidən baxılacaq.

APA-nın xəbərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dekabrın 22-də Baş Planın ictimai müzakirəsi keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd layihə ətrafında fikir mübadiləsinin aparılması, irad və təkliflərin öyrənilməsi olub.

Metro xətlərilə bağlı nəzərdə tutlanların Bakı Metropoliteni QSC-nin 2035-ci ilə olan perspektiv inkişaf konsepsiyasına uyğunlaşdırılması tövsiyyə edilib.

Ələtdə hava limanı məqsədəuyğun olmadı

Ələtdə sərnişin hava limanının tikintisi məqsədəuyğun hesab edilməyib.

Bunun layihədən çıxarılması tapşırılıb. Mənzil fondu üzrə rəqəmlərin dəqiqləşdirilməsi, şəhərdə söküntü həcmlərinə yenidən baxılması, iqtisadi göstəricilərin, nəzərdə tutulan mərkəzlər və buradakı əhali saylarının dəqiqləşdirilməsindın sonra layihənin yenidən təqdim edilməsi də tapşırıqlar arasında yer alır.

Bir neçə gün əvvəl Dövlət Layihə İnstitutu Bakının Baş Planın hazırlanması barədə mediaya açıqlama vermişdi. Layihədə Ələtdə ikinci aeropotun tikilməsi, Bakının yenidən infrasturkturlaşdırılması üçün 122 min binanın sökülməsi, metro xətlərinin Bakının ətraf qəsəbələrinə uzanacağı deyilirdi.

Bakı Şəhər İcra hakimiyyəti isə Baş Planı reallıqdan uzaq adlandırmışdı.

XS
SM
MD
LG