Hindistana 'Yeni Kaledoniya dərsi': Bakı etnik kartı yenidən işə salır
Bakı Təşəbbüs Qrupu (BTQ) Hindistanda yaşayan etnik azlıqlarla əməkdaşlığa başladığını elan edib. Siyasi şərhçi Araz Əliyev düşünür ki, Azərbaycan hakimiyyəti bu təşəbbüsü xarici siyasətində mesaj aləti kimi görür: "Bu kartdan bugünədək Niderland və Fransaya qarşı istifadə olunub. Xüsusilə, Yeni Kaledoniya məsələsi burada önəmli rol oynayırdı. İndi isə bənzər addım Hindistana qarşı atılır". Ekspert vurğulayır ki, BTQ-nin Fransaya yönəlik fəallığı Paris-Yerevan yaxınlaşması ilə bağlı idisə, hazırkı addımın əsas səbəbi Hindistan-Ermənistan münasibətləridir.
Arxiv
-
Oktyabr 15, 2026Qarabağ üçün ayrılan milyardlar necə xərclənir? 'Problemlər var'