Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:13

Ekspert: ''Azəriqaz' qaz itkisinin qarşısını sağlam yolla almır, əhalinin cibinə girir'


'Azəriqaz'a korrupsiya ittihamları. 700 mln kubmetr qaz hara gedib?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

'Azəriqaz'a korrupsiya ittihamları. 700 mln. kubmetr qaz hara gedib? [A-Live]

Son bir həftədir ki, AzadlıqRadiosu-na daxil olan bir neçə şikayətdə deyilir ki, qurum onlara qazpulunu artıq hesablayıb, onlardan istifadə etmədikləri qazın pulunu ödəmək tələb olunur. Bu şikayətlərin birində, Ağa Məmmədov adlı istifadəçi yazır:

“Bu ilin istifadəsini də keçən ilə bağlayıblar, guya ki, biz keçən ilki limiti keçmişik, hər kubmetrə görə 10 qəpik yox, 20 qəpik ödəməliyik. Hər evə təxminən 20-30 manat artıq pul yazırlar. Uşaqlı evə bu da puldur, çətindir dolanmaq”.

Tarif Şurasının ötən il qaz abunəçiləri üçün 1700 kubmetrlik illik limit müəyyən edilib. Həmin həcmdə qazın hər kubmetrinə görə abunəçi 10 qəpik ödəməlidir.

Buna da bax: ‘Azəriqaz’: Yanvar göstəricisi ilə dekabr ayına sıfırlanan sayğaclar...

Limiti keçilərsə, 1700 kubmetrdən əlavə nə işlədilsə onun kubmetrinə görə 20 qəpik ödənməlidir.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirir ki, "Azəriqaz" sayğaclardakı göstəriciləri dəyişdirib. Bunun baş verəcəyini isə, Mirvari Qəhrəmanlı deyir ki, ona adının çəkilməsini istəməyən mənbə əvvəlcədən xəbər verib.

Buna da bax: Palata ‘Azəriqaz’da pozuntular aşkarladığını deyir

“Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbalayev isə deyilənləri təkzib edir:

“Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbalayev
“Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbalayev

“Ötən il də yanvarın ilk həftəsində hesablamalar aparılaraq ilə yekun vurulmuşdu. Bu il də yanvarın ilk həftəsində hesablamalar aparılır, mexaniki qaz sayğaclarının göstəriciləri götürülür. Onu da qeyd edim ki, mexaniki sayğaclar üzərində göstəricilər görünür və göstəricidən artıq və ya əskik nəsə yazılması tərəfimizdən qeydə alınmayıb”.

Mirvari Qəhrəmanlı isə iddia edir ki, rayonlarda çox adamın belə şikayəti var və "Azəriqaz" bunu - qaz itkisinin ört-basdır etmək üçün edib, bu, korrupsiyadır. Onun sözlərinə görə, məqsəd qaz itkisini xalqın hesabına kompensasiya etməkdir.

Buna da bax: 'Neft-qaz ölkəsində qazsız qalmışıq'

Bəs "Azəriqaz"ın korrupsiya iddialarına cavabı nədir?

Bu şirkətdə qaz itkisinin olduğunu keçən il “Ernest and Young” beynəlxalq audit şirkəti açıqlamışdı. Audit rəyində deyilirdi ki, “Azəriqaz”ın illik qaz itkisi təqribən 700 milyon kubmetrdir.

Azərbaycanda iqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, 700 milyon kubmetr qaz itkisi böyük rəqəmdir. Məsələn, Albaniya respublikası ildə təqribən elə bu qədər qaz işlədir.

Buna da bax: Dəm qazından zəhərlənmələrlə bağlı 'Azəriqaz'ın öz versiyası var [video]

“Azəriqaz” qaz itkisinin 700 milyon kubmetr olmasını təkzib etmişdi. Mirvari Qəhrəmanlı deyir ki, keçən bir il müddətdə şirkət qaz itkisinin qarşısını sağlam yolla almır, əhalinin cibinə girir:

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

“Bütün soyuq aylar boyunca əhalinin sosial şəbəkələrdə qaz kəsilməyindən şikayətləri görünür. Burda iki istiqamət üzrə qaz itkisinin qarşısını alırlar-hər dəfə əhaliyə verilən qazı kəsirlər, təmir gedir. Nə qədər ailə 7-8 saat qazsız qalır. Bu, qazın itkisini bağlama üsullarından biridir-biri də görürsüz ki, yanvar ayıdır- hələ də dekabr ayını bağlamayıblar”.

Buna da bax: Havalar soyudu, sərfiyyat artdı, qaz yoxa çıxdı...

"Azəriqaz"ın rəsmisi İbrahim Kərbalayev isə deyir ki, kiminsə korrupsiya ilə bağlı şübhələri varsa, qoy ortaya fakt qoysun, yalnız bundan sonra Azəriqaz araşdırıb həmin iddialara cavab verə bilər.

Bəs Bakı sakinləri “Azəriqaz”ın işi ilə bağlı nə düşünür?:

"Azəriqaz" necə işləyir? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Bundan əvvəl deputat Qüdrət Həsənquliyev də xidmətin yaxşılaşması üçün “Azəriqaz”ın özəlləşdirilməsinin vacib olduğunu demişdi.

Hələlik hökumət rəsmiləri bu qurumun idarə olunmasının dəyişəcəyi barədə hansısa fikir səsləndirməyiblər.

Buna da bax:

Qaz yoxdur. "Qaynar xətt" həzin musiqi çalır
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG