Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 16:55

Palata ‘Azəriqaz’la ‘Aqrolizinq’də pozuntular aşkarladığını deyir


Hesablama Palatası

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində (ASC) büdcə vəsaitlərinin xərclənməsində pozuntulara yol verildiyi bildirilir.

Hesablama Palatasının yeni açıqladığı hesabatda belə yazılıb.

Hesabat qurumun apardığı auditin nəticələri əsasında hazırlanıb.

Sənəddə bildirilir ki, audit 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində “Aqrolizinq” ASC-yə ayrılmış 246,2 milyon manat məbləğində vəsaiti əhatə edib.

Buna da bax:​ Beynəlxalq audit 'Azəriqaz'da nə aşkarlayıb? [video]

Yoxlamalar zamanı bəzi istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verildiyinin aşkarlandığı qeyd edilir.

Hesabata görə, alınmış kənd təsərrüfatı texnikalarının sənədləşdirilməsində də pozuntular olub. Hüquqi və fiziki şəxslərdən borc qalıqlarının alınması, texnoloji avadanlıqların lizinqə verilməsi təmin edilməyib.

Hesablama Palatası “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılan auditin nəticələrini də ictimaiyyətlə bölüşüb.

Buna da bax: Palata Siyəzən və Masallıda nöqsanlar tapdığını bildirib

Palatanın bildirməsinə görə, audit zamanı müəyyən edilib ki, “Azəriqaz” İB büdcə vəsaitlərinin xərclənməsi zamanı “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na əməl etməyib.

Sənəddə qeyd edilir ki, “Azəriqaz” İB qazlaşdırma tədbirlərinin intensiv olaraq həyata keçirilməsinə, əsasən əhali istehlakçı qrupu üzrə qaz şəbəkəsinin yenidən qurulmasına vəsait qoyuluşu edib. Ancaq qurumun normadan artıq itkisi 2014-cü ildə 12,4, 2015-ci ildə isə 14 faiz olub.

Sənəddə o da vurğulanır ki, “Azəriqaz” İB nizamnaməsinə əsasən onun Dövlət Neft Şirkətinin (SOCAR) , bu şirkətin isə birliyin öhdəliklərinə görə cavabdeh olmadığı müəyyən edilib.

Buna da bax:​ 'Parabank' kredit təşkilatı oldu

Amma hesabata görə, “Azəriqaz” İB-nin balansında olan əsas vəsaitlər və müəssisələr Dövlət Neft Şirkətinin tabeliyində olan hüquqi şəxslərə əvəzsiz verilib. Bu isə “Azəriqaz” İB-nin gəlirlərinin azalmasına, ödəmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarıb. Bununla da birlik özünə əlavə öhdəliklər yaratmış olub.

Hesabata görə, audit həm də onu üzə çıxarıb ki, «Azəriqaz” İB-də maya dəyərə çəkilmiş xərclər ilbəil artmağa başlayıb. Maya dəyərə çəkilmiş xərc 2013-cü ildə ümumi gəlirlərin 48,4, 2014-cü ildə 53,2, 2015-ci ildə isə 55,2 faizini təşkil edib.

Hesablama Palatası hər iki qurumda aparılan auditlərin nəticələri haqda qərar qəbul edib. Həmin qərarlar nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini də nəzərdə tutur.

Buna da bax:​ Məhkəmələrdə kreditlərə görə 280 min iş var

Bu hesabatlara, hələlik, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və «Azəriqaz” İB-den münasibət bildirilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG