Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:27

17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür


Bakı, 1988-ci il
Bakı, 1988-ci il


Noyabrın 17-si Azərbaycanda -Milli Dirçəliş günü kimi qeyd edilir. Düz 31 il öncə, 1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Ermənistanın Qarabağla bağlı Azərbaycana ərazi iddialarına və SSRİ rəhbərliyinin bunun qarşısını almamasına etiraz olaraq mitinqlər başlayıb.

O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Fasiləsiz mitinqlər dekabrın 5-nə kimi davam edib və həmin gün sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə noyabrın 17-si bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib.

Bundan bir iləvvəl, 1991-ci ildə isə Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi.

Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG