Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:55

14 min ton pambıq yığılıb


Azərbaycanda pambıq yığımı, Biləsuvar rayonu, 2016

Bu il sentyabrın 20-nə kimi Azərbaycan ərazisində 14 min 988,88 ton pambıq tədarük edilib.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında yazılır.

Məlumatda bildirilir ki, pambıq tədarükündə Saatlı rayonu liderlik edir.

Saatlıda bu mövsümdə 3 min 617,60 ton pambıq yığılıb.

İkinci sırada Sabirabad gəlir. Sabirabad fermerlərinin 2 min 128,03 ton pambıq topladığı bildilir.

Üçüncü sıradakı Biləsuvar rayonunda 1 min 481,23 ton pambıq yığılıb.

Beyləqanda 1143,50 ton, Neftçalada isə 912,50 ton pambıq tədarük olunub.

Xatırlatma

2016-cı ildən başlyaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

Ölkə başçısı bu ilki çıxışlarından birində demişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anolojii göstəricisindən 33 min 373 hektar çox idi.

2017-ci ildə isə Azərbaycanda 136 min 413,2 hektar pambıq əkilib.

Ən çox pambıq Saatlıda əkilib - 17 min 220 hektar.

Bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirlər. Onlar deyirlər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır.Üstəlik, onlar deyirlər ki, pambıqçılıq ölkədə heyvandarlığa ağır zərbə vurub. Bundan sonra ölkədə ət idxalı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG