Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:28

Yevlax xəstəxanasında pambıqçıların müalicəsi davam edir


Arxiv foto
Arxiv foto

“Tərtər rayonunda pambıq sahəsində kimyəvi maddədən zəhərlənmə ehtimalı ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan daha 4 nəfər iyunun 21-də evə buraxılıb”.

Bu haqda Azərbaycan İcbari Tibbi Sığorta Agentlyinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən verilən məlumata görə, daha 2 nəfər Tərtər rayonu sakini olduğuna görə, Tərtər Rayon Xəstəxanasına göndərilib.

“Qalan şəxslərin müalicəsi isə davam edir və həkmlərin konsiliumundan sonra onların gün ərzində evə buraıxlmaları davam edəcək. Hətta hamısının da evə buraxılmaları ehtimalı az deyil”, mətbuat xidmətindən deyiblər.

Buna da bax: Tarla zəhərlənmələrindəki sirli məqamlar

Mətbuat xidmətindən habelə bildirilib ki, xəstələrin səhhətində hər hansı ağırlaşama yoxdur.

İyunun 20-də pambıq tarlasında zəhərləndiyi bildirilən 25 şəxsin Yevlax Şəhər Xəstəxanasına gətirildiyi haqqında məlumat yayılmışdı. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi. Ancaq həmin şəxslərin çoxunun Yevlax rayon sakinləri olduğu, həmin ərazidə günəmuzd qaydada işlədikləri bildirilirdi.

İcbari Tibbi Sığorta Agentlyinin mətbuat xidmətindən verilən məlumata görə, 25 nəfərdən ikisi elə iyunun 20-də evə buraxılmışdı.
Xatırlatma

Son 2 həftədə Azərbaycandakı pambıq sahələrində 5 kütləvi zəhərlənmə hadisəsinin qeydə alındığı bildirilir.

Buna da bax: Zəhərlənənlərin 23 nəfəri hələ də Yevlax xəstəxanasındadır

Dünən, iyunun 21-də İmişli rayonun Aranlı kəndindəki pambıq tarlalarının birində yenidən kütləvi zəhərlənmənin olduğu deyilirdi.Xəstlərin elə kənd xəstəxanalarında müayinə və müalicə olunduğu açıqlandı.
Ondan 2 gün əvvəl də İmişli rayonunda pambıq tarlalarının birində kütləvi zəhərlənmə olduğu deyilirdi. Onda isə rayon xəstəxanasına müraciət edənlər 140 nəfərdən çox olmuşdu.

Bunlardan başqa Tərtər rayonunda da iki və Saatlı rayonunda da bir dəfə pambıq sahələrində kütləvi zəhərlənmə olduğu bildirilib.

Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.

Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Buna da bax: İmişlidə zəhərlənənlərdən 10-nun müalicəsi davam edir

Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.

Artıq Saatlı və İmişli rayonunda pambıq zavodlarının bəzi vəzifəli şəxsülərin bu cinayət işi ilə bağlı həbs edildiyi bildirilir.Onların qohumlari isə deyirlər ki, bu işdə həbs yuxarılardan başlamalı idi.

XS
SM
MD
LG