Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

‘Yağ kimi monopoliya...’ -media icmalı


Kərə yağ
Kərə yağ

Cənub Qaz Dəhlizinin əhəmiyyəti, kərə yağının bahalaşma səbəbləri, turizm sahəsində xidmətin keyfiyyəti və başqa məsələlər medianın aparıcı mövzularındandır…

“Yağ bazarında inhisar”

“Yeni Müsavat” qəzetində “Yağ kimi monopoliya- kərə yağı bahalaşır” sərlövhəli yazı oxumaq olar.

Müəllif kərə yağının bahalaşması səbəblərini iqtisadşı-ekspert Qubad İbadoğlu ilə müzakirə edib.

Yazıda bildirilir ki, bir ilə yaxındır, manatın dollara nisbətdə dəyərində sabitlik yaranıb, amma ölkə bazarında bahalaşma davam edir.

Müəllif xüsusi olaraq kərə yağlarının bahalaşmasının üzərində dayanır.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Ekspert Q.İbadoğlu isə xatırladıb ki, 2017-ci ilin dekabrında Nazrilər Kabineti ölkəyə idxal edilən kərə yağı və süddən hazırlanan digər məmulatların rüsimlarını endirib. Amma bu belə kərə yağının qiymətində ucuzlaşmaya səbəb olmayıb:​


“Əksinə, bahalaşma müşahidə olunub. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə yox, başqa səbəblərlə bağlıdır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə endirilən rüsumlardan 6 aydır ki, udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılardır”.

Ekspert deyib ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunsa da bunun 85 faizi faizi Yeni Zelandiyanın payına düşür.

Buna da bax: İqtisadçı: 'Pensiyalarda bu artım 1 kiloqram kərə yağı etmir'

Q.İbadoğlu düşünür ki, burada bahalamanın səbəbi inhisardadır:

“Yeni Zellandiyadan gətirilən kərə yağı isə bazarı bölüşdürən bir neçə şirkətin oliqopoliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağını nəinki ucuzlaşmağa qoymur, əksinə, bahalaşdırırlar”.

Ekspert hesab edir ki, yağın qiymətinin ucuzlaşmasından ötrü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həmin şirkətlərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməlidir.

Yazıda vurğulanır ki, dövlət qurumları da bu günlərdə kərə yağının qiymətinin bahalaşmasının gömrük rüsumları ilə bağlı olmadığını açıqlayıblar.

Azərbaycan, turizm sərgisi, Bakı, 30 aprel 2010
Azərbaycan, turizm sərgisi, Bakı, 30 aprel 2010

“Nə xərc azalır, nə keyfiyyət yüksəlir”

“Qafqazinfo.az” saytında “Azərbaycanda bir xidmət böhranı yaşanır”

sərlövhəli yazı yer alır.

Yazıda turizm sahəsi fonunda ölkədə xidmətin keyfiyyəti dəyərləndirilir.

Müəllif yazıb ki, hazırda turizmi inkişaf etdirmək Azərbaycan dövlətinin prioritetlərindən biridir, bununla belə bu sektordakı keyfiyyətsiz xidmət problemi illərdir heç cür aradan qaldırılmır:

“Turizm məktəblərinin açılması da bu sahədə hansısa ciddi dəyişikliyə səbəb olmyıb. Turizm obyektlərində gələn xarici turistlərə kələk gəlməyə davam edilir”.

Buna da bax: Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'​

Müəllifin iddiasına görə, yüksək ulduzlu otellər də adına layiq xidmət göstərmirlər:

“Reallıq budur ki, 4-5 ulduzlu müəssisələrin xidmət səviyyəsi heç normal 2 ulduzlu ilə belə uyğun deyil. Nə yeməklərin keyfiyyətinə baxan var, nə vaxtında çatdırılmasına, nə qonaqların rahatlığına. Qiymətlər isə ən yüksək ulduz sayına malik müəssisələri keçəcək səviyyədədir”.


Yazıda vurğulandığına görə, elə buna görə də ölkəyə Gürcüstana cəlb edilən turistlərin yarısı qədər turist gəlmir.

Yazıda qeyd edilir ki, Gürcüstandakı turizm sahəsində həm xidmət səviyyəsinə, həm də ödənişləri azaltmağa diqqət yetirilir:

TANAP-TAP
TANAP-TAP

“Bizdə isə nə xərci azaldırlar, nə keyfiyyəti yüksəldirlər. Buna görə də vətəndaşlarımız ucuz və keyfiyyətli istirahət üçün Gürcüstana axışır. Belə ki, bu ilin beş ayında qonşu ölkəyə səfər etmiş əcnəbilərin 485 min 733 nəfərini Azərbaycan vətəndaşları təşkil edib”.

Müəllif yazıb ki, “keyfiyyətli xidmət” anlayışı, elə bil Azərbaycan cəmiyyətinə yaddır. Yazıda vurğulandığına görə, bağçalardan tutmuş orta və ali məktəblərdəki müəllimlərə, qatar bələdçisindən kafe-restoranlardakı ofisiantlara qədər “keyfiyyət” anlayışında problemlər yaşanır

Müəllif hesab edir ki, belə olan halda heç bir sahədə yüksək nəticə əldə etmək mümkün deyil. Yeni gəlir mənbələri-Cənub Qaz Dəhlizi

“Azərbaycan” qəzetində isə “Ekspert: TANAP Azərbaycan üçün gəlirliliyin təmin edilməsi baxımından çox vacibdir” sərlövhəli yazı dərc edilib. Yazıda Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin tərkibi olan TANAP layihəsi ilə bağlı ekspert Vüqar Bayramovun düşüncələrinə yer verilib:

Buna da bax: TANAP açıldı

“Trans-Anadolu Qaz Kəməri (TANAP) Azərbaycan üçün gəlirliliyin təmin edilməsi baxımından çox vacibdir. TANAP-ın istifadəyə verilməsi Azərbaycanın daha çox gəlir əldə edə bilməsinə imkan verəcək”

Ekspert vurğulayıb ki, TANAP kəməri Cənub Qaz Dəhlizinin əsas elementlərindən biridir. Azərbaycan qazı Cənubi Qaz Dəhlizi çərçivəsində TANAP vasitəsilə Türkiyə bazarlarına çıxarılacaq.

Yazıda bildirilir ki, layihənin tam başa çatmasından ötrü TANAP Trans Adriatik Qaz Kəmərinə (TAP) birləşdirilməlidir:

“ Qaz TANAP-dan TAP-a ötürüləcək. Bu, isə imkan verəcək ki, Azərbaycan birinci mərhələdə 16 milyard kubmetr qazı ( Bunun 6 milyard kubmetr qazı Türkiyəyə nəql ediləcək ) Avropa bazarlarına nəql etsin”.

Ekspertin bildirməsinə görə, bütövlükdə, TANAP-ın qaz ötürmə qabiliyyəti 31 milyard kubmetrə qədər artırılacaq.

V.Bayramov bu günlərdə TANAP-ın açılış mərasiminə toxunaraq bunun Azərbaycandan ötrü əhəmiyyətini dəyərləndirib:

“Bu, Azərbaycan üçün kifayət qədər böyük gəlir mənbəyidir. TANAP Azərbaycan üçün gəlirliliyin təmin edilməsi baxımından çox vacibdir. Bu, Azərbaycanın daha çox gəlir əldə edə bilməsinə imkan verəcək", - deyə V.Bayramov diqqətə çatdırıb.

Ümumilikdə Cənub Qaz Dəhlizinin gəlirləri ilə bağlı müxtəlif rəqəmlər səslənir. Ekspertlər deyir ki, bu daha çox qazın gələcək qiymətindən asılıdır.

XS
SM
MD
LG