Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:47

'Hökumət vətəndaşları Avropaya vizasız getmək hüququndan məhrum etdi'


Şənbə günü Azərbaycan mediası ölkə vətəndaşlarının Avropa vizasız gedib-gəlmə imkanlarından, bank sektorundakı son durumdan, Qarabağ danışıqları və s. məsələlərdən yazıb.

Avropa İttifaqı ilə vizanın ləğvi perspektivləri

“Bizim Yol” qəzetində “Milli Məclisdə Avropa İttifaqı ilə viza rejiminin ləğv olunması gündəmə gətirildi” sərlövhəli məqalə diqqət çəkir.

Müəllif Avropa İttifaqının Gürcüstan və Ukraynaya münasibətdə viza rejimini ləğv etdiyini, bu halın Azərbaycana tətbiqinin perspektivini ekspert Ülvi Həsənli ilə araşdırır.

Buna da bax: Gürcüstan Avropaya getdiyini deyir, bəs Azərbaycan hara gedir?

Ülvi Həsənli qəzetə şərhində Şengen ölkələrinə vizasız gediş-gəlişi sıradan bir məsələ saymır. Belə məsələnin illər aparan, siyasi iradə tələb edən danışıqların nəticəsi olduğunu bildirir.

Ü. Həsənli bildirir ki, bu məsələ 2012-ci ildə “Şərq Tərəfdaşlığı ” Proqramı ölkələri ilə danışıqların müzakirə mövzularından biri idi və Azərbaycan hökuməti ilə razılaşma imzalandığı halda ölkə vətəndaşları Avropaya vizasız gedə bilərdi:

Ülvi Həsənliv, Bakı, 14 iyul 2013
Ülvi Həsənliv, Bakı, 14 iyul 2013

“Amma Azərbaycan hökumətindən məhkəmə, iqtisadi-siyasi islahatlar tələb olunduğuna görə, həmin proqram üzrə əməkdaşlıq dayandırıldı. Hökumət bu razılaşmanı imzalamamaqla vətəndaşları Avropaya vizasız getmək hüququndan məhrum etdi ".

Buna da bax: 'Gürcüstan qazanır, Azərbaycan isə şansları itirir' [video]​

Ekspertə görə, Azərbaycanın belə bir şansı bir də o zaman olar ki, hakimiyyət Avropa Birliyi ilə danışıqları davam etdirsin:

“Amma bu əməkdaşlıq həm də bir sıra öhdəliklər deməkdir. Rəsmi Bakı isə bu öhdəliklərə isti yanaşmır və onlar yerinə yetirilmədiyi halda Avropa İttifaqı Azərbaycanla vizasız rejimə keçməyəcək”.

U. Həsənli bildirib ki, Şengen ilə vizanın ləğvi ciddi islahatların nəticəsi kimi ortaya çıxır və bu xətt davam edərsə, ölkə iqtisadi baxımdan da inkişaf edə bilər. Yazıda Gürcüstan və Ukrayna nümunə kimi göstərilir:

“ Avropa İttifaqıilə əməkdaşlıq təklifləri davamlı olaraq geri çevrilsə bir neçə ildən sonra daha aydın görünəcək ki, bu ölkələrdə ümumi daxili məhsul, adambaşına düşən gəlir, minimum əməkhaqqı, illik investisiya hansı səviyyədə olacaq, Azərbaycanda hansı səviyyədə ...”.

Qarabağ problemi, tibbi xidmətin bahalaşması, bank sisteminin durumu və Avropa İttifaqı ilə viza rejiminin ləğvi perspektivi bu gün medianın aparıcı mövzusudur...

Prezident: “Ermənistan danışıqlara qayıtmağa məcbur olacaq ”

“Azərbaycan ” qəzetindədərc edilən “Azərbaycanın siyasi-hərbi üstünlüyü diplomatik uğurlarını şərtləndirir” sərlövhəli məqalədə Qarabağ probleminin həll olunmamasının səbəbləri təhlil edilir.

İlham Əliyev, 5-ci Qlobal Bakı Forumunun açılışında, 16 mart 2017
İlham Əliyev, 5-ci Qlobal Bakı Forumunun açılışında, 16 mart 2017

Yazıda qeyd edilirki, bu problemin həll olunmaması Cənubi Qafqazda ümumi siyasi mənzərəyə mənfi təsir edir. Ona görə də, məsələnin həlli artıq, regional yox, beynəlxalq səciyyə daşıyır:

“Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasındadır”.

Buna da bax: Aprel döyüşlərindən bir il sonra [video]​

Müəllif hesab edir ki, Ermənistan özünü cəzasızlıq şəraitində hiss edir. Ona görə də, münaqişənin həlli istiqamətində danışıqlar nəticə vermir.

Yazıda qeyd edilir ki, hegemon dövlətlərsözdə münaqişənin həllini arzu etdiklərini desələr də, bunda maraqlı görünmürlər.

Müəllif problemin həlli mənzərəsini dövlət başçısı İlham Əliyevdən gətirdiyi sitatla canlandırmağa çalışır:

“Bu gün danışıqlar prosesində yeni vəziyyət yaranıb. Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın, amma buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da Ermənistanməcbur olub danışıqlara qayıdacaq. Çünki, danışıqlar aparılmasa onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamət üzrə inkişaf edəcək”.

Sağlamlığın artan xərcləri

“Exo ” qəzetində “Azərbaycanda tibbi xidmət bahalanır” sərlövhəli məqaləyə yer verilib.

Yazıda səhiyyədəqiymət artımını ekspertlərlə müzakirə edilir.

Cərrahiyə əməliyyatı
Cərrahiyə əməliyyatı

Müəllif yazır ki, Azərbaycanda səhiyyə xidmətləri sözdə pulsuzdur. Əslində hər bir kiçik xidmətə görə, pul ödənilir:

“Ölkədə əhalinin gəlirlərinin azaldığı, özəl tibbi xidmətlərin qiymətlərinin bahalandığı, həkimlərə ödəməyə vəsait olmadığı indiki mürəkkəb iqtisadi şəraitdə əhalinin necə müalicə alacağı sualı ortaya çıxır ”.

Buna da bax: Depressiya 18 faiz artıb – son 10 ildə

Yazıda vurğulanır ki, keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarındatibbi xidmətlər 7, stomatoloji xidmətlər 9 faiz bahalaşıb.

Ekspert Nəriman Ağayev qəzetə deyib ki, ölkədəki iqtisadi və sosial problemlər əhalinin sağlamlığına mənfi təsir etdiyindən həkimlərə daha tez-tez müraciət etmək zərurəti yaranır:

“.Qiymətlərə gəlincə onlar təqribən 2 dəfəyə kimi bahalanıb. Bunu onunla izah edirlər ki, avadanlıqlar və dərmanlar xaricdən alındığı üçün bu ümumi qiymətlərinin artmasına səbəb olur ”.

N. Ağayev deyib ki, ölkədə çox az tibbi preparatlar istehsal edilir, çoxu xaricdən alınır və bahalanma da bu əsasda yaranır.

Amma ekspert bu sırada tibbi xidmətin bəzi sahələrində ucuzlaşma olduğunu da bildirir. O bunun səbəblərini belə izah edir:

“Bu onunla bağlıdır ki, bir tərəfdən mütəxəssislərin sayı artıb, rəqabət yaradıb, digər tərəfdən isə əhalinin maliyyə durumu bahalı xidmətlərdən istifadə etməyə imkan vermir. Odur ki,bəzi xidmətlərdə qiymətləri endirməyə məcbur olublar ”.

Bank sektorunda böhran

“Novoye Vremya” qəzetində isə “Bank sektoru heç cür böhrandan çıxa bilmir” sərlövhəli məqalə oxumaq olar.

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Müəllif yazır ki, ölkənin bank sektoru illərdir böhran içindədir. Ancaqhökumət, hələ ki, bundan çıxış yolu tapmır.

Yazıda vurğulanır ki, hökumət qanunvericiliyi sərtləşdirməklə bu durumdan çıxmaq istəyir. Müəllifbuna misal olaraq “Mərkəzi Bank haqqında” qanun layihəsinin parlamentə daxil olmasını göstərir.

Buna da bax: Məhkəmələrdə kreditlərə görə 280 min iş var

Ekspert Əkrəm Həsənov qəzetə deyib ki, problem getdikcə daha da kəskinləşib. Mərkəzi Bank manatın məzənnəsinin düşməsininqarşısını almaq məqsədiləkreditlərin verilməsindənimtina edir:

“Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatası arasında münaqişə də buradan yaranıb. “Müharibə ” ən yüksək həddə çatıb. İndi isə Mərkəzi Bank inflyasiyanın yüksəlməsinin və manatın məzənnəsinin aşağı düşməsinin qarşısını almaq üçün məqsədli kreditlərdən yaxa qurtarmaq istəyir. Bu mövqe isə iri məmurların və inhisarçıların maraqları ilə toqquşur. Çünki, kommersiya bankları belə yüksək məbləğli pul verə bilmirlər, xaricdən kredit almaq isə çox çətinləşib”.

Müəllif hesab edir ki, bütünlükdə ölkənin bank sektoru düzgün qurulmayıb,

Yazıda qeyd edilir ki, bir sıra banklar xəbərdarlıq etmədən kreditləşmə xəttində məbləğləri azaldır. Pulun nağd əldə edilməsində problemlər yaradırlar.

Yazıda vurğulanır ki, beynəlxalq reytinq qurumları Azərbaycanın bank sektorunu neqativ dəyərləndirirlər. Bunu manatın kəskin devalvasiyası və kreditləşmədə xarici valyutanın üstünlük təşkil etməsiilə izah edirlər.

Müəllif hesab edir ki, böhrandan qanunvericiliyi sərtləşdirməklə yox, islahatlarla çıxmaq olar.

XS
SM
MD
LG