Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

‘Biabırçılıq yoxsa ‘şantaj’ ?-AŞPA hesabatı haqqında yazılanlar...


AŞPA, 2012
AŞPA, 2012

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı qəbul edilən hesabat, manatın yaxın gələcəkdəki taleyi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Biabırçılıq”

“Azadlıq.info” saytında “AŞPA-dakı hesabat ölkəni biabır etdi” sərlövhəli yazı oxumaq olar .

AŞPA-dakı hesabat ölkəni biabır etdi

Nəsimi Məmmədli Son illər Azərbaycanın adı bütün nüfuzlu hesabatlarda və ya müzakirələrdə olduqca mənfi hallanır. Dünyanın harasında nəhəng korrupsiya, rüşvət, çirkli pulların yuyulması və digər neqat

Müəllif bu günlərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı qəbul edilmiş 219 səhifəlik hesabatdan bəhs edir. Həmin hesabatda iddia olunurdu ki, Azərbaycan, keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.

“Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var”, – sənəddə vurğulanırdı.

Buna da bax: AŞPA-da korrupsiya müzakirələri

Bu zaman onlara pul, zinət əşyaları və eləcə də rüşvət kimi fahişələr təklif edildiyi bildirilirdi.

Müəllif hesab edir ki, son illər Azərbaycanın adı bütün nüfuzlu hesabatlarda və ya müzakirələrdə olduqca mənfi hallanır:

“Dünyanın harasında nəhəng korrupsiya, rüşvət, çirkli pulların yuyulması və digər neqativ məsələlər ortaya çıxırsa, orada mütləq bir cümlə də olsa Azərbaycanın adı keçir”.

Yazıda daha sonra baş verənlərə görə, məsuliyyət məsələsi gündəmə daşınır:

“Azərbaycan iqtidarının davranışlarını analiz etdikdə, bu hesabatda adları neqativ keçən insanlara qarşı hansısa təsirli addımların atılacağını demək çox çətindir. Çox güman ki bu dəfə də pis əməlləri törədənlərə “gözün üstə qaşın var” deyilməyəcək”

Bna da bax: Mübariz Qurbanlı ABŞ-ın din hesabatı ilə razılaşmır​

Müəllif yazıda baş verənlərə görə, səbəbləri də göstərməyə çalışır:

“ Azərbaycan iqtidarının bəzi yetkililəri sanki ölkəmizə müvəqqəti gəlir gətirən bir şirkət kimi baxırlar. Nə sərvətinə, nə də insanlarına dəyər verirlər...”

Müəllif yazır ki, ölkənin imicinin pis olması hakimiyyətdə təmsil olunan bir çox insanları qətiyyən narahat etmir.

“Bu şantajdır”

“Azərbaycan” qəzetində dərc edilən “AŞPA-nın şantaj xarakterli “hesabatı”nda yer alan mülahizələr subyektiv fikirlər üzərində qurulub” sərlövhəli yazıda da elə həmin mövzudan bəhs edilir.

Ancaq Elçin Mirzəbəylinin müəllifi olduğu yazıda hesabat tamam fərqli yöndən dəyərləndirilir.

Yazıda sözü gedən “hesabatı” qərəzli sayılır:

“Məsələn, qurumda təmsil olunan deputatlardan hansısa təsəvvür edib ki, Azərbaycan təmsilçiləri ona rüşvət təklif edirlər, yaxud ağıllarından bu barədə fikir keçir. Bu cür ehtimallar və fərziyyələr üzərində məhkəmələr isə yalnız inkvizisiya dövründə mümkün idi”.

Ekspertin fikrincə, AŞPA üzvü olan deputatlardan kimsə ona rüşvət təklif edildiyini düşünübsə, bu hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməklə rəsmiləşdirməli idi:

“Amma göründüyü kimi, belə faktlar yoxdur. İttihamlar yalnız ayrı-ayrı şəxslərin subyektiv fikirləri, ehtimalları üzərində qurulub”.

Buna da bax: Prezident köməkçisi: ‘Müşahidə Missiyasının bəzi üzvləri…’​

E.Mirzəbəyli daha sonra yazıb:

“Bu həm də seçkilərin irəli çəkilməsilə payızda gerçəkləşməsi planlaşdırılan təxribat kampaniyalarının fiaskoya uğraması və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqla ölkəmizi özündən asılı salmağa çalışan qüvvələrin arzularına çatmaması ilə bağlıdır”.

E.Mirzəbəyli hesab edir ki, AŞPA xeyli vaxtdır ki, qlobal və regional proseslərdə geosiyasi təzyiq alətinə dönüb.

Onun fikrincə, bu “hesabat” isə şantajdır və Azərbaycanın leqal lobbiçilik fəaliyyətinin qarşısının alınmasına yönəlib.

Manatn sabitliyi nə qədər etibarlıdır?

“Novoye Vremya” qəzetində “Devalvasiya hakumətin iradəsindən və neftin qiymətidnən asılıdır” sərlövhəli yazı yer alır

Müəllif Azərbaycanın sıx ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə milli valyutaların dollara nisbətdə dəyər itirməsinin manata mümkün təsirlərini təhlil edir:

“Azərbaycan qeyri-neft ixracının 36 faizi təkcə Rusiyanın payına düşür. Amma qeyri-neft məhsullarını payı ixracda o qədər də əhəmiyyyətli dərəcədə deyil. İstərdik ki, artan neft qiyməti ölkəyə manatı sabit saxlamağa yetəlri olan gəlir gətirsin”.

Müəllifə görə, manatın sabitliyi neftin qiymətindn aslılıdır. Bu mənada O, qonşu valyutlardakı dəyişikliklərin artan neft indeksləri fonunda manata birbaşa təsir edə biləcəyinə inanmır. Amma bununla belə hesab edir ki, Azərbaycan hökumətinin də manatın ucuzlşaması barədə qərar verə biləcəyinə dair şaiyərələr durumu çətinləşdirdir:

“Üstəlik, bu ilin əvvəlindən xarici valyutaya artan tələbat, idxalın çoxalması kimi hesablamalar da “hərarəti” bir az da artırırdı. Belə ki, bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında dollara olan tələbat 21 faiz artıb”.

Müəllif hesab edir ki, hazırkı informasiya qıtlığı şəraitində manatın yaxın gələcəkdəki taleyini müəyyən etmək mürrəkəb məsələdir:

“Belə ki, ölkədə bazar iqtisadiyyatı münasibətləri yoxdur, verilən qərarlar isə sırf siyasi xarakter daşıyır. Mərkəzi Bank isə manatın “üzən məzənnəsi”ni nəzarətdə saxlayır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG