Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:44
AŞPA
AŞPA

AŞPA-da korrupsiya müzakirələri

Bu gün – aprelin 26-da AŞPA korrupsiyada və etika qaydalarını pozmaqda suçlanan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq edib-etməməyi müzakirəyə çıxarır. Avropa Şurası 10 ay ərzində apardığı təhqiqatın sonucunda AŞPA-nın keçmiş sədri Pedro Agramunt daxil olmaqla, həmin şəxslərin Azərbaycana münasibətdə korrupsiyaya yol verdiyini iddia edib.

Report of the independent Investigation Body on the allegations of corruption within the Parliamentary Assembly

Bu günlərdə açıqlanmış hesabatda iddia olunur ki, həmin şəxslər bu hədiyyələri qurumda Azərbaycanla bağlı tənqidi susdurmaqdan ötrü qəbul ediblər.

Müzakirəni bu linkdən rus, ingilis, türk dillərində izləyə bilərsiz.

15:08 26.4.2018

Hesabat 123 səslə qəbul olundu.

13:56 26.4.2018

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov: «Biz bu təşkilata dəyərlərinə görə gəlmişik. Siz korrupsiya haqda fikirləşmək istəyirsinizsə, başqa ölkələrə də nəzər salın. Niyə görə ancaq Azərbaycan? Bir ay öncə sizin burada alqışladığınız Serzh Sarkisian-ı erməni xalqı korrupsioner kimi hakimiyyətdən uzaqlaşdırdı. Mənim Ermənistanı olduqca demokratik dövlət adlandıranlara və Sarkisian-ı erməni xalqının demokratik təmsilçisi kimi bu təşkilatda salamlayanlara sualım var. Hanı bəs, cənab Sarkisian? Niyə bunu özünüzdən soruşmaq istəmirsiniz? Azərbaycan müharibə şəraitindədir. Ərazilərimizi itirdik, 1 milyon qaçqınımız var. Biz bu təşkilata qanunun aliliyinə görə gəldik. Lakin qanunun aliliyinin yerinə yeni terminologiya görürük – «böyük ehtimalla». Görünür ki, bu da yeni beynəlxalq qanundur. Mənim adım da bu hesabatda çəkilir. Hətta araşdırmanı aparanlar Seyidovun onlar arasında olmadığını bildirsələr də belə. Mənim adım bu hesabatdadır. Ona görə də bu ədalətsizdir. Biz mübarizə aparacağıq və qalib olacağıq. Azadlıq, demokratiya dəyərləri təkcə Avropa Şurasına aid deyil, bütün dünyaya aiddir. 18 il öncə bura üz tutanda fikirləşdim ki, bura bizim Avropa Şurasıdır. Amma indi düşünürəm ki, yox bu, sizin Avropa Şuranızdır. Mən belə bir Avropa Şurasında təmsil olunmaq istəmirəm».

S.Seyidov
S.Seyidov
13:13 26.4.2018

Ukraynalı deputat Oleksii Soncharenko: «Bu hesabatda Azərbaycanla bağlı rüşvət ittihamlarından gedir. Amma çox maraqlıdır ki, hesabatda adı keçən AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt bu vəzifəsindən məhz rüşvət ittihamlarına görə yox, Suriyaya səfərinə görə getməli oldu. Mən çox istərdim ki, bundan sonra ən azından Rusiya ilə bağlı əlaqələr də araşdırılsın».

13:11 26.4.2018

Yunanıstanlı deputat Tineka Strik: «Rüşvət ittihamları AŞPA-nın işinə ciddi zərər vurub. Bizim qurum antikorrupsiya, eləcə də müəyyən ölkələrdə insan haqlarına repressiyalara qarşı mübarizəni gücləndirməlidir».

Davamı

XS
SM
MD
LG