AŞPA Qarabağ haqda bəyannamə qəbul edib
Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağıran bəyannamə qəbul edib. Ancaq bəyannamədə sülh yolu ilə həlldən başqa konkret heç nə deyilmir.
74 nəfərdə QİÇS tapıldı
Son 10 ayda Azərbaycanda ailə qurmaq istəyən 117 min 500 nəfər müayinə edilib. Onlardan 74 nəfərdə QİÇS aşkar olunub.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva belə deyib.
Z.Əlimirzəyeva APA-ya bildirib ki, müayinə olunanların 6521-nin talassemiya daşıyıcı, 363 nəfərin isə sifilis xəstəsi olduğu aşkarlanıb.
Ekvadora zəlzələ 3 milyard ziyan vurub
Ekvadorda baş verənzəlzələ nəticəsində, ölkəyə təxminən 3 milyard dollar məbləğində ziyan dəyib. Rəsmi məlumatda 1500 binanın dağıldığı, 10 minlərlə adamın evsiz qaldığı bildirilir.
Ölənlərin sayı artıq 500-nəfəri ötüb.
Kabildə ölənləri sayı 64 oldu
Əfqanıstanın paytaxtı Kabildə törədilən dünənki hücumda ölənlərin sayı 64 nəfərə çatıb.
Bundan başqa 347 nəfərin yaralandığı bildirilir. Bundan əvvəl 28 nəfərin öldüyü bildirilirdi.
İntiharçı aprelin 19-da minalanmış maşını təhlükəsizlik xidmətinin binası qarşısında partladıb, bundan sonra isə yaraqlılar binaya hücum edib.