Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:12

Əfqanıstanın paytaxtı Kabildə törədilən hücumda ölənlərin sayı 64 nəfər çatıb.

Bundan başqa 347 nəfərin yaralandığı bildirilir.

Bu barədə aprelin 20-də daxili işlər nazirliyinin sözçüsü Sediq Sediqqi məlumat verib.

Bundan əvvəl 28 nəfərin öldüyü bildirilirdi.

İntiharçı aprelin 19-da minalanmış maşını təhlükəsizlik xidmətinin binası qarşısında partladıb, bundan sonra isə yaraqlılar binaya hücum edib.

Ölən və xəsarət alanların əksəriyyəti mülki sakinlərdir.

Hücuma görə cavabdehliyi taliban üzərinə götürüb.

XS
SM
MD
LG