-
Son 10 ayda Azərbaycanda ailə qurmaq istəyən 117 min 500 nəfər müayinə edilib. Onlardan 74 nəfərdə QİÇS aşkar olunub.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva belə deyib.
Z.Əlimirzəyeva APA-ya bildirib ki, müayinə olunanların 6521-nin talassemiya daşıyıcı, 363 nəfərin isə sifilis xəstəsi olduğu aşkarlanıb.
«50 cütlüyün hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxmışdı. Onlardan 5-6 cütlük nikaha daxil olmaqdan imtina edib. Ancaq xəstə cütlüklərdən ailə quranlar da var. Hətta onlardan 6-da hamiləlik müşahidə edilir. Həmin cütlüklərdən birində dölün perinatal diaqnostikası aparılıb və nəticədə döldə xəstəlik aşkarlanıb. Həmin gənclər hamiləliyi pozmağa qərar veriblər», - deyə Z.Əlimirzəyeva bildirib.
Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi qaydası ötən ilin iyunundan tətbiq olunur.