“Alternativsizlik barədə bir cümlə də yoxdur”
“28 adamla müşahidə aparıb seçki barədə rəy vermək qeyri-ciddidir”. Bunu hüquqşünas Ələsgər Məmmədli AŞPA-nın 1 noyabr parlament seçkisi ilə bağlı rəyini AzadlıqRadosuna dəyərləndirərkən deyib. Onun sözlərinə görə, AŞPA-nın bəyanatı yalnız siyasi mülahizədir:
“Bu rəydə təbliğat-təşviqat prosesi barədə, mətbuatın prosesdən uzaqlaşdırıldığı, seçkinin alternativsiz mühitdə keçməsi ilə bağlı vəziyyət haqda məlumat yoxdur”.
Konsulluqlar fərdi identifikasiya kartları verəcək
Konsulluqlar xaricdə yaşayan, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına fərdi identifikasiya kartları verəcək.
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının 1994-cü il 8 fevral tarixli qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Müvafiq dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 38-ci maddəsinə “15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək” sözləri əlavə edilib.
Bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Rəngli printerdə saxta pul çap edənlər tutuldu
Tərtərdə saxta pul kəsən iki nəfər tutulub. "Report"un məlumatına görə, rayonun Əskipara kənd sakini, 1995-ci il təvəllüdlü Fərid Məmmədli satış məqsədilə saxta pul əskinazları hazırlayıb.
F.Məmmədli yaşadığı evdə rəngli printerdən istifadə etməklə 1, 5, 10 və 20 manatlıq olmaqla, 600 manat saxta pullar çap edib.
O, hazırladığı saxta pulların bir hissəsini rayon sakini Səxavət Axundluya satıb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər - F.Məmmədli və S.Axundlu saxlanılaraq istintaqa cəlb olunub. Polis şöbəsindən "Report"a bildirilib ki, saxlanılan saxta pulların bir qismi ilə rayon marketlərində alış-veriş ediblər.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bu günki AzadlıqLive-da:
Təzə parlament, köhnə simalar
"AŞPA-nın seçkiyə qiyməti siyasi mülahizədir"
Seçki qurtardı, şikayətlər başlanır
Türkiyədə AKP-nin qələbəsi avtoritarizmə aparır, yoxsa...