Bu günki AzadlıqLive-da:
Vaşinqtonda Helsinki Komissiyasında Azərbaycanda insan haqları müzakirə olundu
Qaradağın Qızıldaş və Buta qəsəbələrində problemlər: işsizlik, pulsuzluq, yolsuzluq...
Azərbaycanlı şahmatda dünya çempionu oldu
Azərbaycanı təmsil edən Məhəmməd Muradlı Yunanıstanın Porto Carras şəhərində şahmat üzrə dünya birinciliyində 12 yaşadək olanlar arasında dünya çempionu adını qazanıb. O, 11 turda 9 xal toplayıb.
"O dünyadan zəng"
1news.az xəbər verir ki, Bakının Xəzər rayonunda 57 yaşlı Ç.M. adlı bir nəfər dostları ilə spirtli içkilər içib və sonra küçədə yatıb. Onu görənlər Təcili Yardım çağırıb və onu Buzovna xəstəxanasına aprıblar. Orda həkimlər bildiriblər ki, kişi ölüb. Bundan sonra onu morqa göndəriblər. Morqda o ayılıb və dostuna zəng edib. Dostu o dünyadan zəngə çox təəcüblənib.
Ç.M. evsizdir.
Hansı əsl AXCP-dir?
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ətrafında yaranmış vəziyyətə münasibət bildirib.Qurumun mətbuat xidmtindən APA-ya verilən məlumata görə, nazirliyiə AXCP qurultayı ilə bağlı 2 müraciət daxil olub və bunlar araşdırılır: “Yaxın vaxtlarda araşdırmanın nəticəsi cəmiyyətə açıqlanacaq”.
Xatırladılır ki, Əli Kərimlinin sədri olduğu AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.
Ə. Kərimlinin sabiq müavini olan Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb. O, oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib və Ədliyyə Nazirliyinə müraciət edib.