Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:20
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.

AzadlıqLive -Azərbaycanlı şahmatda dünya çempionu oldu

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyə bilərsiz

15:47 6.11.2015

118 saxta diplom

“2015-ci ildə Səhiyyə Nazirliyi tərəfindən sənədlərin araşdırılması prosesi zamanı 118 saxta diplom aşkar olunub. Aşkarlanan diplomların əksəriyyəti orta təhsilə aiddir”.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda deyilir ki, ümumilikdə araşdırma nəticəsində, 118 saxta diplom aşkar olunaraq toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.

15:38 6.11.2015

Elçin Behbudov həbsdə dindarlarla görüşüb

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov noyabrın 6-da Sabunçu Rayon polis idarəsində olub. O, noyabrın 5-də idarənin qarşısında polislə qarşıdurma zamanı saxlanan bir neçə dindarla görüşüb:

“Gecəki qarşıdurmada saxlanan 4-5 dindarla söhbətləşdim. Onlardan dindirmə zamanı hər hansı təzyiq, vurma, qeydi insani rəftar olub- olmadığı ilə maraqlandım. Dedilər ki, belə bir hallar olmayıb. Elçin Qasımovla görüşmək imkanımsa olmadı. Deyəsən məhkəməyə aparmışdılar. ”

15:01 6.11.2015

Elçin Qasımova - 30 sutka həbs

Sabunçu Rayon Məhkəməsi Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımovun barəsində məhkəmə qərarı çıxarılıb.

Vəkil Cavad Cavadov un Turan-a verdiyi məlumata görə, E. Qasımov bu gün Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Vəkil həmçinin qeyd edib ki, E. Sadıqovla bərabər saxlanılan digər şəxslər barəsində də məhkəmə müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb. "Qərarlar xəlvəti çıxarılıb". Onun sözlərinə görə, məhkəmə qərarı vəkil olmadan çıxarılıb. E. Qasımovla konfidensial görüşə icazə verməyib.

“Elçini yalnlıız polislərin yanında gördüm. Əli qandallı idi. Təkbətək görüşə bilmədik.Tez polislərin müşaiyəti ilə apardılar”, - vəkil deyib. Vəkil bu qərarla razılaşmayaraq apellyasiya şikayəti verəcəyini qeyd edib.

Qeyd edək ki, ötən gecə Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına toplaşıblar. E. Qasımovun azad olunmasını tələb edən şəxslər polisin ərazidən uzaqlaşmaq barədə tələbinə məhəl qomayıblar. Nəticədə polislə dindarlar arasında qarşıdurma olub. Bir neçə polis əməkdaşı xəsarət alıb, bir neçə dindar isə saxlanılıb.

14:57 6.11.2015

Rəsmi açıqlama: "Elçin Qasımov xüliqanlıq hərəkətlərinə görə polis idarəsinə aparılıb”

“Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımov Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov mətbuata açıqlamasında bildirib.

Açıqlamada deyilir ki, Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib: “Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıblar. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb”.

Davamı

XS
SM
MD
LG