Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:11
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.

AzadlıqLive -Azərbaycanlı şahmatda dünya çempionu oldu

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyə bilərsiz

14:55 6.11.2015

Sabunçuda saxlanılan dindarların məhkəməsi olacaq [video]

Noyabrın 5-də gecə saatlarında bir qrup dindar Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanılmasına etiraz olaraq Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşıb. Polislə qarşıdurma olub. Ən son xəbərlər burda

13:48 6.11.2015

QİÇS statistikası

Bu ilin 9 ayı ərzində Azərbaycanda 604 nəfər İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxub.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu il oktyabrın 1-dək 4332 nəfər Azərbaycan vətəndaşı İİV-ə yoluxub. Onların 73,5 faizi (3183) kişi, 26,5 faizi (1149) qadındır.

İndiyədək Azərbaycanda İİV infeksiyasından 729 nəfər dünyasını dəyişib.

Ötən illər ərzində İİV-ə yoluxmalar ən çox inyeksion yolla olub. Bu infeksiyaya yoluxmalar 2382 nəfərdə (55%) inyeksion yolla, 1524 nəfərdə ( 35,2 faizi) heteroseksual, 77 nəfərdə (1,8%) homoseksual yol, 79 nəfərdə (1,8%) anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. İİV-ə yoluxanların 270 nəfərində (6,2%) yoluxma yolu müəyyən edilməyib.

Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi ən yüksək olan ərazi Şirvan şəhəridir. Ölkə üzrə İİV-in ən çox yayıldığı ikinci rayon Hacıqabul, üçüncü rayon Astara, dördüncü rayon Lənkəran, 5-ci şəhər isə Sumqayıt, 6-ci yeri isə Yevlax tutur. Adları qeyd edilən 6 şəhər və rayonda İİV-in yayılma göstəricisinin yüksək olması həmin ərazilərdə narkomaniyanın daha çox yayılması ilə əlaqəlidir.

13:26 6.11.2015

Banklarda böhran dərinləşir

“Yeni Müsavat” qəzeti 6 noyabr tarixli sayında yazır ki, devalvasiya banklara növbəti öldürücü zərbə vura bilər: “Ölkənin bank sektoru ağır durumdadır. Əksər ekspertlər bildirirlər ki, bu ilin əvvəlində bank sektorunu haqlayan böhran özünün yeni fazasına qədəm qoyub. Ekspert Samir Əliyevin sözlərinə görə, əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərqin azalması bankları sərt addımlar atmağa məcbur edib: “Xərclərin optimallaşdırılması adlanan siyasəti çərçivəsində filialların bağlanması prosesinə başlanıb. Belə davam edərsə, bank sektorunda ixtisarlar geniş vüsət alacaq. Hazırda sektorun dayanıqlığı sual altındadır. Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin mövcud durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğunu deməyə əsas verir”.

13:23 6.11.2015

Çin mediası Rusiyadan torpaq istəyir

Rusiyanın sərhədyanı ərazisindən kiçik bir sahəni Çinə verməsi xəbəri bu ölkənin mətbuat və sosial mediasında qızğın müzakirələrə səbəb olub.Rusiya 4, 7 kvadrat metrlik sahəni Çinə noyabrın 4-də verib.Bu ərazi Rusiya imperiyası tərəfindən 19-cu əsrdə, Çin “ikinci tiryək müharibəsini” uduzduqdan sonra zəbt olunmuşdu.Çində bir çox internet istifadəçiləri Rusiyanın bu jestini alqışlasalar da, iki ölkə arasında keçmişlərdə baş vermis ərazi toqquşmalarını yaxşı xatırladıqlarını və Moskvanın Pekinə daha böyük ərazilər qaytarmalı olduğunu yazırlar.

China Daily qəzeti yazır ki, “Rusiya 1858-1915-ci illər arasında ədalətsiz müqavilələr əsasında Çinin 1, 5 milyon kvadrat kilometrlik ərazilərini qəsb edib”.

Davamı

XS
SM
MD
LG