Keçid linkləri

2026, 12 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 07:33
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.

AzadlıqLive -Azərbaycanlı şahmatda dünya çempionu oldu

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyə bilərsiz

13:55 2.11.2015

Telman İsmayılov hotelini yarı qiymətinə satıb

Türkiyənin Antalya şəhərində Azərbaycan əsilli iş adamı Telman İsmayılovun tikdirdiyi "Mardan Palace" hotelinin yeni sahibi "Halk Bank" olub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, otel 719 mln. türk lirəsinə satışa çıxarılsa da, Türkiyə Bankı onu 360,05 mln. lirəyə (təxminən 253 mln. ABŞ dolları) alıb.

Qeyd edək ki, hərracda yalnız "Halk Bank" iştirak edib və o, "Qaranti Bank"ın almalı olduğu 207 mln. lirə (təxminən 73 mln. dollar) borcu bu bankın hesabına köçürəcək. Hotelin dəyərinin qalan 151,95 mln. lirə (təxminən 53,5 mln. dollar) olan hissəsi isə "Halk Bank"a borc olduğu üçün ödənilməyəcək.

Xatırladaq ki, "Mardan Palace"ın əsas binasının dəyəri 234 mln. dollar, ətrafındakı villalar isə 25 mln. dollar dəyərində qiymətləndirilir. Hotelin "Qaranti Bank"ına 73 mln. dollar, "Halk Bank"a isə 21,6 mln. dollar borcu olub.

13:59 2.11.2015

Azərbaycan Rifah İndeksində 142 ölkə arasında 71-cidir

Londonda yerləşən Legatum İnstitutu noyabrın 2-də 2015-ci il Rifah İndeksini açıqlayıb.

Artıq yeddinci ildir ki, Norveç dünyanın ən firavan ölkəsi elan olunur.

Bu indeks 8 kateqoriya əsasında tərtib olunur: İqtisadiyyat, Sahibkarlıq və İmkanlar; İdarəçilik; Təhsil; Səhiyyə; Təhlükəsizlik; Şəxsi Azadlıqlar və Sosial Kapital.

Beləliklə, dünyanın ən firavan 5 ölkəsi Norveç, İsveçrə, Danimarka, Yeni Zelandiya və İsveçdir. İndeksin sonundakı 5 yeri isə Mərkəzi Afrika Respublikası, Əfqanıstan, Haiti, Çad və Burundi tutur. Rusiya 58-ci, Ukrayna 70, Ermənistan 93, Gürcüstan isə 80-ci yerdə qərarlaşıb.

15:21 2.11.2015

AŞPA: “Səslərin sayılmasında nöqsanlar olub, amma…”

“Seçki pozuntusunun şahidi olmamışıq. Bir neçə məntəqədə bülletenlərin topa açılması qeydə alınıb. Bununla bağlı MSK-ya məlumat verilib ki, araşdırılsın”.

1 noyabr Azərbaycanda parlament seçkilərinə dair AŞPA-nın Seçki Müşahidə Missiyasının hesabatında belə deyilir.

Bəyanatda bildirilir ki, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib:

“Səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu müşahidə edilib. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb və müşahidəçilər tərəfindən heç bir hadisə qeydə alınmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib.

Bəyanatda bir neçə seçki məntəqəsində kiçik bülleten xətalarının müşahidə edildiyi deyilir:

“Missiya bunun mənbəyini və ya məsuliyyətini müəyyən edə bilməsə də, bu təcrübəyə görə təəssüf edir və MSK-nı bu uyğunsuzluğu lazımi qaydada araşdırmağa çağırır”.

Sənəddə seçki materialları yaxınlığında heç bir polis əməkdaşına rast gəlinmədiyi qeyd olunur, seçki məntəqələrinin 20 faizindən çoxunda veb kameraların olması müsbət dəyərləndirilir.

15:48 2.11.2015

İqbal Ağazadə lətifə danışır: "Vallah, bunun üçün lap çətindir"

Ümid Partiyasının sədri İqbal Ağazadə Modern.az saytına deyib ki, əƏvvəla, dairə üçün də, MSK üçün də çox çətindir. Möhürlənmiş bütün standartlara, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 25 məntəqənin protoklu əlimdədir. Sadəcə olaraq indi yanlış bir nəticəni ortaya qoymaq və onu düzəltmək çox çətindir.

Əlimdə protokol var ki, 21-ci məntəqədən 44 səs almışam, Araz Əlizadə isə 8 səs. Amma MSK-nın saytında yerləşdirilmişdi ki, Araz Əlizadə 292 səs, mən isə 110 səs almışam. Bu protokollar əlimizdədir. Bilirlər ki, 21-ci məntəqənin sədri, komissiya katibi deyir ki, adamlara protokol vermişik. İndi lap getsin dairədə nə yazır yazsın. Bu nəyi dəyişir ki! Amma protokolda imzası, möhürü ilə standartlara uyğun olaraq bunları yazıb. İki nəticə necə ola bilər ortada?

Bir haşıyə çıxım. Ağasadıq Gəraybəyli rəhmətə gedəndən sonra onu yas yerindən götürəndə hamı çıxış edir. Daha sonra söz rəhmətlik Siyavuş Aslana verilir. Siyavuş Aslan da görür ki, hamı Ağasadıq Gəraybəyli haqqında hər şeyi deyib. O da adamlara baxıb köks ötürərək deyir ki, “çox çətindir. Sizin üçün də çətindir, mənim üçün də”. Arxaya çevrilib Ağasadıq Gəraybəylinin nəşinə baxaraq “vallah, bunun özü üçün lap çətindir” söyləyir. İndi dairənin özü üçün də, MSK üçün də lap çətindir. Necə etsinlər. Ona görə də düzəldə bilmədilər....

Davamı

XS
SM
MD
LG