İlham Əliyev Gürcüsatandadaır
Gürcüstanda rəsmi səfərdə olan prezident İlham Əliyev Qəhrəmanlar Memorialını ziyarət edib.
İlham Əliyevin Gürcüstan prezidenti Margvelashvili , baş nazir Qaribashvili, parlamentin spikeri d Usupashvili ilə görüşü planlaşdırılır.
İlham Əliyev həmçinin etnik azərbaycanlıların yaşadığı Marneuliyə səfər edəcək. Gürcüstana səfər əsnasında, hər iki dövlət başçısının təkbətək və genişlənmiş formatda görüşü nəzərdə tutulub.
Görüşün sonunda Əliyevlə Marqvelashvili birgə bəyanat verəcəklər.
Vəkil deyir ki, Tofiq Yaqublu ilə bağlı ədalətli qərar gözləmir
Avropa Məhkəməsi Tofiq Yaqublunun azadlıq hüququnun pozulmasını tanıyıb. Vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, iş artıq Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən, bu instansiyanın Tofiq Yaqublunun barəsində verilən həbs qətimkan tədbirini dəyişmək hüququ var:
“Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl edib onun azadlığa buraxılmasını təmin etməlidir. Ancaq mən Şəki Apellyasiya Məhkəməsindən ədalətli qərar gözləmirəm”.
Rza İbadov Azərbaycana qayıdır
strateq.az-ın məlumatına görə, Rza İbadov barəsində olan axtarış işinə Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qərarı ilə xitam verilib. Sabiq deputat yaxın günlərdə Azərbaycana gələcəyini bildirib.
R. İbadov bəyan edib ki, bu illər ərzində Azərbaycandan kənarda yaşasa da, həmişə dövlət başçısına sadiq olub: “Mən son 10 ildə xarici ölkədə yaşasam da, həmişə prezident İlham Əliyevə sadiq olmuşam. Son 25 il ərzində içində olduğum siyasi proseslərdə həmişə bu xətti yürütmüşəm. Bir–iki həftəyə Bakıya qayıdacağam”.
Rza İbadov 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib.
1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komissiyasının sədri olub.
O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.
2010-cu ildə parlament seçkilərindən sonra ona Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət işi başlanıb. Bu zaman Rza İbadov Londona gedib. Onun barəsində axtarış elan edilib.
Keçmiş deputat Hüseyn Abdullayev Facebook-da yazır
“Despot klanının mənə qarşı yönəltdiyi böhtan kampaniyası bu gün də davam etdirilir. Gah yazırlar, mən uzun illər kölgə iqtisadiyyatına nəzarət etmişəm, gah da həyasızcasına iddia edirlər ki, mən bir vaxtlar 2-3 min nəfərdən ibarət silahlı bir dəstəyə sponsorluq edib iş adamlarını təhdid etmişəm”.
Hazırda Almaniyada mühacirətdə yaşayan keçmiş deputat Hüseyn Abdullayev bunları özünün facebook səhifəsində yazıb.
Hüseyn Abdullayev vaxtilə mitinqləri dağıtması haqqında deyilənləri də böhtan adlandırıb:” O vaxtlar guya mənim rəhbərliyimlə bir qrup idmançı müxalifətin təyin etdiyi mitinqləri dağıdıb və oradakı mitinq iştirakçılarına ağır xəsarətlər yetiriblər."
Hüseyn Abdullayev giley-güzar da edib: “Niyə yazmırsınız ki, həmin bu Hüseyn Abdullayev 25 il çalışıb qazandığı sərvətini nəzərə almayaraq, öz yaxın ailə üzvlərinə zərər verə biləcəyini gözə alaraq, qalxıb parlamentdə hakimiyyətin üzünə sərt tənqid edib, aparılan antixalq siyasətinə qarşı çıxdı? Bəs niyə demirsiniz ki, adam həbsdən çıxdıqdan sonrada despot Əliyevlə açıq mübarizə apararaq, canından çox sevdiyi yurdunu tərk etməyə məcbur oldu?"