Türkiyə demokratiyası
Karneqi Fondunun Rusiya və Avrasiya Proqramının mütəxəssisi Bayram Balcı deyib:
«AKP-nin qələbəsi o deməkdirmi ki, Erdoğan-ın güclü prezident sistemi qurmasına qapı açıldı? Türkiyədə nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. İstənilən halda, Türkiyə seçiciləri çox müdrik davrandılar. İyunda Erdoğan-a mesaj verdilər ki, onun hakimi-mütləq idarəçiliyini qəbul etmirlər. İyun-noyabr aylarında o, həmin ismarışı tutdu və azacıq geri çəkildi. Bu geriçəkilmə AKP-nin göstəricisini yüksəltdi. Erdoğan bu reallığı gələcəkdə nəzərə alacaq». Qərb mediasının icmalı
Topa bülleten atır, sonra da muğam oxuyur
«Əvvəli topa bülleten, axırı muğam» adı ilə sosial şəbəkələrdə gedən videoçarxı 2 mindən çox adam paylaşıb. Bu videoda hadisələr 77 saylı Astara seçki dairəsinin 30 saylı məntəqəsində səsvermə günü baş verib. Videoçarxda məntəqə seçki komissiyasının katibi Allahverən Əsədullayev qutuya topa bülletenlər atır, sonra isə muğam oxuyur.
Yolun açılışında Ziya Məmmədov yenə yox idi
Noyabrın 4-də Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib.
Prezident İlham Əliyevi yolun açılışında «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Saleh Məmmədov müşayiət edib.
ABŞ kəşfiyyatı Rusiya təyyarəsinin partlayışdan dağıldığını düşünür
Amerika kəşfiyyatı bildirir ki, Sinay yarımadası üzərində qəzaya uğramış Rusiya sərnişin təyyarəsində böyük bir ehtimalla bomba partladılıb.
Lakin ABŞ kəşfiyyatının rəsmiləri hələlik qəti qərara gəlmədiklərini əlavə ediblər.
Ekspertlər Sinay yarımadası üzərində qəzaya uğramış Rusiya təyyarəsində partlayış baş verdiyinə getdikcə daha çox əmin olurlar.
Bununla belə, partlayışın təyyarənin yanacaq bakı və ya mühərrikindən, yoxsa bombadan törəndiyi hələlik bəlli deyil.