Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 23:22
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

"Gərək tez edəydilər"

Azərbaycan manatı devalvasiya etmək üçün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini qaldırmasını gözlədi. Bunu Vaşinqtonda mənzillənən «Frontier Strategy» Qrupunun təhlilçisi Mark McNamee «The Wall Street Journal»a müsahibəsində deyir. FED ötən həftə uçot dərəcəsini 0.25 faiz qaldırıb.

«Gərək bunu daha tez edə, üzən məzənnəyə keçə, ağrısını da daha tez yaşayaydılar», - təhlilçi söyləyir. «Yəqin istədilər ki, ABŞ-da uçot dərəcəsi qalxsın və günahı müəyyən dərəcədə xarici faktorların üstünə yıxsınlar».

Devalvasiya şoku

"Yeni Müsavat» qəzeti «Devalvasiya şoku-bağlı mağazalar, total bahalaşma...»dan yazır.

«Bazarlarda satılan yerli məhsulların qiymətlərində cüzi artım olsa da, xaricdən idxal edilən meyvə və çərəz məhsullarının qiymətlərində 30-50 faiz artım var. O cümlədən, ərzaq mağazalarında müxtəlif məhsulların qiymətlərində 20-40 faiz arasında artım olub. Ən çox qiymət artımı məişət texnikaları, elektronika məhsulları, mobil telefonlarda və bu məhsullar üçün nəzərdə tutulan aksesuarlarda müşahidə olunub.Burada artım 30-50 faiz, bəzi məhsullarda isə daha çoxdur», - qəzetdə oxuyuruq.

«Yeni Müsavat» İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun yeni devalvasiyanın olacağını istisna etmədiyini qeyd edir.

Təcridxanada özünü asdı

Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.

Barəsində həbs-qətimkan tədbiri seçilmiş Manaf Paşayev adlı şəxs özünü asıb.

Bu, Manaf Paşayevin doqquzuncu məhkumluğudur. Sonuncu dəfə onun barəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Musavat.com yazır ki, Manaf Paşayev noyabrın 3-də «Binə» Ticarət Mərkəzində geyim əşyalarını oğurladığına görə həbs olunmuşdu.

Penitensiar Xidmətdən olayla bağlı məlumat almaq cəhdimiz alınmadı.

Azərbaycanda siqaretlərin qiyməti 50 faiz qalxıb

Bu barədə məlumatı musavat.com verir. Qiymətlər burada

siqaret qiymətləri
siqaret qiymətləri

Davamı

XS
SM
MD
LG