Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 23:21
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Böyük şirkətlər neftdən qaza keçir

Gələn il Reuters agentliyinin köşə yazarı Fiona Maharg-Bravo yazır ki, neft qiymətlərinin dirçələcəyinə ümidlərini itirən transmilli şirkətlər qaza keçməyə başlayıb.

“Gələn il “Böyük Neft” “Böyük Qaza” çevriləcək”.

Məqalədə deyilir ki, qaz neftdən daha asan hasil olunur və o yanacaq kimi neftdən və ya kömürdən daha təmizdir.

Total şirkətinin istehsalında ötən il qaz 52 faiz təşkil edib

Royal Dutch Shell, qaz nəhəngi BG-ni 70 milyard dollara almaqla bu keçidə artıq başlayıb. 2016-cı ildə qaza keçid prosesi daha da sürətlənəcək.

Hazırda Shell şirkətinin hasilatında qaz 50 faiz təşkil edir, lakin BG-nin alınması bu balansı qazın xeyrinə dəyişəcək.

Putin İlham Əliyevi "Rusiyanın həqiqi dostu" adlandırıb

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevi doğum günü münaisbətilə təbrik edib.

Təbrik məktubunda deyilir: “Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır”.

Putin Əliyevi Rusiyanin “əsl dostu” adlandırıb və Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verdiyini bildirib. “Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək”, - təbrik məktbunda deyilir.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub.

Jurnalistin sorğusunu cavabsız qoymağa görə cərimə artır

Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində təsbit olunub.

Maddənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək.

Maddənin ikinci hissəində isə verilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.

Hazırda qüvvədə olan məcəlləyə görə isə bu cərimələr müvafiq olaraq 40 manatdan 70 manata qədər və 60 manatdan 90 manata qədərdir.

Azərbaycan prezidenti tərəfindən təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu təqdirdə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

İstanbulda hava limanında partlayışda 1 nəfər ölüb

İstanbul şəhərindəki Sabiha Gökçen Hava Limanında baş verən partlayış nəticəsində iki nəfər xəsarət alan xadimələrdən biri ölüb. APA-nın yerli mətbuata istinadən xəbərinə görə, başından xəsarət alan 30 yaşlı qadın xəstəxanada keçinib.

Partlayışın səbəbi tam dəqiqləşdirilməsə də, artıq hadisənin qəsdən törədildiyinə dair dəlillər aşkarlanıb. İlkin ehtimala görə, hava limanına kənardan müdaxilə edilib. Aeroportda bir-birindən yüz metrlərlə uzaqda olan 3 təyyarədə partlayışın izlərinə rast gəlinib. Bu da hadisənin terror olduğu şübhəsini artırır.

Türkiyə mətbuatının xəbərinə görə, bu gün yerli vaxtla saat 02.05-də “Pegasus” şirkətinə məxsus təyyarədə partlayış olub. Partlayışın səbəbi hələlik məlum deyil. Şirkətin yaydığı məlumatda hadisə zamanı təyyarədə insan olmadığı qeyd edilib.

Davamı

XS
SM
MD
LG