Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 00:20
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Müğənnilərdən kimin nə qədər vergi borcu var?

“Ən çox vergi borcu olan “Şeron” qrupudur, o 13 min manat ödəməlidir”. Vergilər Nazirliyindən AzadlıqRadiosuna verilən məlumatda belə deyilir.

Siyahıya 13 min manatlıq borcu ilə “Şeron” qrupu başçılıq edir. İkinci yerdə Ayaz Qasımov gəlir, onun vergi borcu 8 min manatdır.

Sıralama bu cür davam edir:Zamiq Hüseynov 4700, Rəqsanə İsmayılova 4350, Xəyyam Nisanov 4270, Emil Bədəlov 3600, Rüfət Axundov 1600 manat vergi ödəmlidirlər.

Lavrov kürdlərin siyasi lideri ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 23-də Moskvada kürdpərəst Xalq Demokrat Partiyası-nın sədri Səlahəddin Demirtaşla görüşüb. Türkiyə ilə münasibətlər haqda Lavrov qeyd edib ki, İndiki Türkiyə hakimiyyətinin hərəkətinə baxmayaraq Rusiya və Türkiyə xalqı arasında dostluq münasibətləri davam edir.

“Yeni Müsavat” əməkdaşlarını ixtisar edəcək, “Azadlıq” qiymətini qaldıracaq

Manatın ucuzlaşması ölkə qəzetlərinə nə vəd edir?

“Yanvardan qəzeti 50 qəpiyə qaldırmalıydıq, yəni 10 qəpik qoyacaqdıq, dollar bahalaşdı, indi qalmışıq belə”.

İki gün qabaq manatın 50 faizlik devalvasiyasından sonra çar-naçar çıxış yolu axtaran “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov deyir ki, qəzetin çap variantının saxlanması artıq sual altına düşüb.

Elektronika azı 35 faiz bahalanıb

Telefon mağazalarında isə ucuz telefonların da, bahalı telefonların da qiymətləri bahalaşıb. Bir həftə əvvələ qədər 119 manata satılan telefon indi 177 manata satılırdı. Bundan əvvəl 341 manata satılmış telefon vitrinə 431 manata, 656 manatlıq isə 934 manata qoyulmuşdu.

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, Azərbaycanda elektron məhsullar istehsal olunmadığından qiymətlərin bahalaşması təbiidir:

“Tutaq ki, ərzağın 50 faizi Azərbaycanda istehsal olunur. Hökumət müxtəlif rəqəmlər deyir. Ancaq ən yaxşı halda 50 faiz istehsal olunur. Elektron məhsulları bazarında isə bazar tamamailə idxaldan asıldır. Elə bir məhsul göstərilə bilməz ki, biz onun ölkədə istehsal olunduğunu iddia eləyə bilək. Devalvasiya şəraitində də məhsul valyuta ilə alınıb gətirilir. Valyuta nə qədər qiymətdən düşürsə, gətirilən məhsulun da o həcmdə artırılması qaçılmazdır”.

Davamı

XS
SM
MD
LG