141 milyard nəyə xərcləndi?
Neft eksperti İlham Şaban: "deyə bilərik ki, son 15 ildə Azərbaycan neftdən 141 milyard manat pul əldə edib."
O 141 milyard manat nəyə xərclənib? Hansı böyük problem həll olundu?
Bu günki Azadlıq Live-da:
Manat qəzetləri də yıxacaq: "Yeni Müsavat " ixtisarı düşünür, "Azadlıq" qiyməti qaldıracaq
Elektronika malları azı 30-35 faiz bahalanıb. İqtisadçı izah edir:
Üstəlik kiçik mağazalar bağlana bilər
Bakıda «qiymət qiyaməti»
virtualaz.org saytı yazır ki, bütün məhsullar azı 50 faiz bahalaşıb:
«Günəbaxan yağlarının da ən ucuzunun qiyməti 1.96 manatdan 2.35 manata qədər artıb. Ən ucuz qarğıdalı yağı isə 3.10 manatdır. Yumurtanın bir ədədinin qiyməti əvvəl 13 qəpikdisə, indi 17 qəpikdir. Ən ciddi fərq isə kərə yağının qiymətində müşahidə olunur. Satıcıların verdiyi məlumata görə, bu məhsulun hər növünün qiymətində 2 manat artım var. Çörəyin də qiyməti 20 qəpik artaraq 50 qəpik olub. Bunun səbəbi isə unun bahalaşması ilə izah olunur».
UN VƏ ÇÖRƏK BAHALAŞDI
«Bizim Yol» qəzeti yazır ki, əhali çörəklə imtahana çəkilir:
«Əsas strateji məhsul sayılan unun qiyməti nə az, nə çox 50 faizə yaxın bahalaşıb ki, bu da çörəyin qiymətinə təsirsiz ötüşməyib. Dünən dükanlarda 40 qəpiklik çörək 50 qəpiyə, 30 qəpiklik çörək isə 40 qəpiyə qədər bahalaşıb. MƏTBUAT ICMALI
Yumurta da xaricdən gəlir?
Dekabrın 21-də manatın 50 faiz ucuzlaşmasından sonra, bir çox ərzaq malları kimi, yumurtanın da qiyməti bahalaşıb. İndi müxtəlif marketlərdə yumurtanın bir dənəsi 17-19 qəpiyə satılır.
Bu qiymət qablaşdırılmış formada satılan broyler yumurtalarına aiddir. Kənd yumurtasının biri 25 qəpiyə satılır.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, bahalıq idxalla bağlıdır: «Yumurta Azərbaycanda istehsal olunsa da, istehsalda istifadə edilən bütün vasitələr xaricdən gətirilir. Texnoloji avadanlıqlar, dərman preparatları, yumurta istehsalında istifadə olunan yem komponentləri, genetik material, hamısı xaricdən gətirilir. Ona görə bizdə həmişə yumurtanın qiyməti yüksək olub. Daşınma xərcləri, digər xərcləri də var. Bunların hamısını hesablayanda bizdə yumurtanın maya dəyəri digər ölkələrə nisbətən yüksək olur».