Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 22:37
TV-lər arxiv fotosu
TV-lər arxiv fotosu

AzadlıqLive - Televiziyalarda Azərbaycan dili - Monitorinqin nəticələri

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

16:42 9.12.2015

Leyla Yunus azadlığa çıxanda (video)

17:41 9.12.2015

Milli Qəhrəman nişanı və "Şah İsmayıl" ordeni qızıldan olacaq

Azərbaycanın Milli Qəhrəmanı xüsusi nişanı və “Şah İsmayıl” ordenin təsviri və tərkibi dəyişdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” və “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər edilir.

“Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nişanın ilgək və halqa vasitəsi ilə 27 mm x 20 mm olan ölçüsü dəyişdirilərək ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə 37 mm x 50 mm ölçüdə edilir. Qanunun 1.2.2-ci maddəsində isə “qızıl suyuna çəkilmiş” sözləri “qızıldan” sözləri ilə əvəz edilir.

“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyə görə isə bu orden oplatindən və qızıldan olacaq (hazırda gümüşdəndir)

17:56 9.12.2015

"Demək istəyirlər ki, özünüzü yığışdırın..."

“Eşitdim ki, Xalq Cəbhəsinin sədrinin müavini Fuad Qəhrəmanlını Facebookda yazdıqlarına görə tutublar. Burda da yazmaq olmaz? Qorxmağa başlayıram...”

Bunu Facebook istifadəçisi Fuad Qəhrəmanlının həbsi ilə bağlı şərhində belə yazır.

AXCP sədri Əli Kərimli: "Əgər bu adam öz fikirlərini hətta Facebookda da yaza bilməzsə, bəs bu ölkədə ümumiyyətlə siyasətlə necə məşğul olmaq olar?”

Media eksperti Ələsgər Məmmədli: "Özünüsenzura artacaq". - Fuad Qəhrəmanlının həbsinə reaksiyalar

18:54 9.12.2015

ATƏT, AŞPA Leyla Yunusun buraxılmasını alqışlayır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Michael George Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır. “Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır.”

“Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayırıq”.

APA-nın xəbərinə görə, bu barədə Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör “twitter” səhifəsində yazıb.

Davamı

XS
SM
MD
LG