Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:07
TV-lər arxiv fotosu
TV-lər arxiv fotosu

AzadlıqLive - Televiziyalarda Azərbaycan dili - Monitorinqin nəticələri

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

13:43 7.12.2015

"Dənizə qırmızı qərənfil ataq"

Dekabrın 7-də Bakı bulvarında «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə baş verən faciəqurbanlarının xatirəsinə həsr olunmuş «Dənizə bir qərənfil ataq» aksiyası keçirilib.

Aksiya iştirakçıları dənizə qərənfil atmaqla itkin düşən 29 nəfərin xatirəsini anıb.

Aksiyaya çağırış bir gün əvvəl sosial şəbəkələrdə edilmişdi.

14:24 7.12.2015

Borclu olduğu adamlardan qurtarmaq üçün həbsə getdi

İsmayıl Allahverdiyev məhkəmədə ifadəsində ittihamı qəbul edib. Polisə bomba barədə yalan məlumat verməsinə gəlincə, buna özünəməxsus səbəb göstərib. Deyib ki, ətrafındakı qohum-tanışlarına 200 min manata qədər borcu olub. Borclu olduğu adamlardan bir müddətlik canını qurtarmaq üçün həbs olunmaq istəyib. Elə ona görə də Daxili İşlər Nazirliyinə «Park Bulvar»a bomba qoyulması barədə yalan məlumat verib ki, onu həbs etsinlər.

14:43 7.12.2015

Xilasetmə əməliyyatı necə keçirilirdi?

FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin I müavini, general-mayor Məhərrəm Həsənov xilasetmə əməliyyatının necə keçirildiyini ANS-ə danışıb.

- Neçə dəqiqədən sonra hadisə yerindəydiniz?

- İlk öncə itkin düşən insanların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirəm. Hadisə dekabrın 4-də baş verib. "Günəşli" yatağında həmin vaxt Fövqəladə Hallar Nazirliyinin bir gəmisi növbədə idi. Yanğından 25 dəqiqə sonra gəmi hadisə yerindəydi. Amma gəminin hadisə yerinə çatmasına baxmayaraq, hava şəraitinin əlverişsiz olması səbəbində platformaya yaxınlaşa bilmirdi. Nazirliyə bununla bağlı məlumat daxil olandan sonra müvafiq xilasetmə qrupları hazırlıq vəziyyətinə gətirildi. Biz mövcud vəziyyəti, yəni hadisə yerindəki hava şəraitini və riskli əməliyyatın olmasını qiymətləndirərək işlərə səhər saatlarında başlamağa qərar verdik. Səhər saat 8:05 radələrində Fövqəladə Hallar Nazirliyinin 4 ədəd helikopteri mən daxil 15 xilasedici ilə birlikidə hadisə yerinə yollandıq.

- Siz orda rəhbərlik edirdiniz?

- Bəli. Mən orda rəhbərlik edirdim. Xilasediciləri iki qrupa ayırdıq və qrupları iki ayrı helikopterə yerləşdirdik. İkinci xilasetmə qrupuna rəhbərliyi özüm edirdim. Hadisə yerinə 25-30 dəqiqəyə getdik. İlk olaraq ərazi üzrə kəşfiyyat aparıldı. Ona görə ki, hadisənin baş verdiyi yerdə alov çox yüksəklərə qalxırdı. Mənim olduğum helikopter iki dəfə ora yaxınlaşmağa cəhd etdi. Amma buna nail olmadı. Nəticədə helikopterin biri 5 saylı, ikincisi isə 3 saylı blokun üzərinə oturdu. Ordan bəzi məsləhətlər, göstərişlər aldıq. Bizə bildirdilər ki, "AZAL"a məxsus bir ədəd sərnişin helikopteri gələcək. Onunla siz havaya qalxırsız. Helikopter gəldi və biz o helikopterə mindik. Helikopter bizi birbaşa yanan bloka apardı. Qeyd edim ki, bizə bildirilmişdi ki, helikopter yalnız orada 5-6 saniyə qalacaq və bu müddət ərzində helikopterdən enməlisiniz. Çünki helikopterin orda dayanması çox təlükəli idi. Sonda mən daxil helikopterdə olan bütün xilasedicilər avadanlıqlarla bərabər aşağı tullandıq. Tullandıqdan sonra helikopter ərazini tərk etdi. Digər qrup xilasedicilər isə Müslüm Maqomayev adlı gəmilə yanan platformaya gətirildi. Ümumilikdə 15 nəfər xilasedici ilə birlikdə əməliyyata başladıq. O zaman başa düşdüm ki, biz çox təhlükəli bir ərazidəyik. Bizi orda ilk olaraq üç insan qarşıladı, hansı ki, platformanın üstündə qalmışdılar. Onlar xilasedici qayıqlara minməmişdirlər. O üç nəfər platformada qalırdı. Onlar orda idilər....

14:54 7.12.2015

"Hadisə baş verəndə ictimaiyyət məlumatsız qaldı..."

“Günəşli” yatağında baş verən yanğın və neftçilərin faciəli şəkildə həlak olması Azərbaycanla yanaşı bütün dünya mediasının da diqqət mərkəzindədərir. Qafqazinfo yazır ki, "Çox təəssüf ki, hadisə baş verən gün ictimayyət və media məlumatsız qaldı. Ölkə mediası məlumatı yalnız xarici KİV-lərdən əldə etdi və xarici KİV-lərə istinadən məlumatlar yaydı. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olub. Sosial şəbəkələrdə hadisə ilə bağlı əhaliyə operativ məlumat verə bilmədiyi üçün ölkə mediası və jurnalistlər ciddi tənqid atəşinə tutulublar".

Bununla bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Ölkə.Az-a açıqlama verib. "Hadisələrin xarici mətbuat vasitələrində getməsi kifayət qədər yaxşı hal deyil. İstər-istəməz ölkə vətəndaşı xəbərlər almağa yerli mətbuata deyil, daha çox transmilli media vasitələrinə, xarici mətbuata öyrəncəli olur. Ola bilsin ki, günlərin birində həmin o transmilli mətbuat vasitələri Azərbaycanın milli maraqları ilə uyuşmayan məlumat yaya bilərlər. Bu da Azərbaycan kimi bir ölkəyə, sabitliyə təsir edə bilər. Bu baxımdan ölkədə baş verən hadisələr ölkə mətbuatına çatdırılmalıdır."

"Görünür hadisələr baş verərkən problemləri aradan qaldıranlar daha çox öz güclərini "Günəşli"də baş verən yanğını söndürməyə qoyublar. O zaman onlar öz güclərini çətinlikdə qalan insanların xilas edilməsinə qoyublar. Çox təəssüf ki, ölkə ictimayyətinin məlumatlandırılmasını arxa plana keçiriblər.Bunun da nəticəsi o oldu ki, ölkə mətbuatında dəqiq olmayan məlumatlar getdi. Məlumat almaq mümkünsüz oldu. Azərbaycan jurnalistləri məlumatları dəqiqləşdirməyə cəhd ediblər. Bu zaman vaxt uzanıb. Bu zaman xarici KİV olan "Reuters" hadisə ilə bağlı xəbər yayımlayıb və bu xəbər daha dəqiq olub. Birmənalı qaydada ölkədə baş verən olayların transmilli KİV-lərdə getməsi yaxşı hal deyil. Çox müsbət haldır ki, bu məsələlər tezliklə öz həllini tapdı, artıq dəqiq məlumatlar verilir, tez-tez mətbuat konfransı keçirilir".

Davamı

XS
SM
MD
LG