Bu günki AzadlıqLive-da:
Leyla Yunus azadlığa buraxıldı. Bu xəbəri jurnalistlərə vəkil Elçin Sadıxov verdi:
Leyla Yunus şeir dedi:
Fuad Qəhrəmanlı həbs olundu. Facebook-da yazdıqlarına görə. Əli Kərimli deyir ki, hakimiyyət demək istəyir ki, özünüzü yığışdırın.
Media eksperti Ələsgər Məmmədlinin fikrincə, özünüsenzura artacaq
Trumpa baha başa gələ bilər
ABŞ prezident seçkisi kampaniyasında namizəd Donald Trump-ın müsəlmanların ABŞ-a girişinin qadağanına çağırması, okeanın bu tayında onun özünə qadağan qoyulmasına çağırışlara səbəb olub.
Britaniya qəzetləri yazır ki, respublikaçı namizədin müsəlmanlar barədə çıxışları onun Yaxın Şərq və müsəlman aləmindəki biznesləri üçün baha başa gələ bilər.
İsrail siyasətçiləri də Donald Trump-ın dekabrın sonlarına nəzərdə tutulmuş səfərinə qarşı çıxır, onun ölkəyə buraxılmamasına çağırırlar.
12 min işdən cəmi 20-də bəraət
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycan məhkəmələrində 11 min 705 ittiham hökmü çıxarıldığı halda, bəraət hökmlərinin sayı cəmi 20 olub. Bu da ümumi hökmlərin cəmi 0.17%-i deməkdir. 2011-ci ildə 11 min 307 hökm çıxarılıb ki, bunun da 11 min 286-sı ittiham, 21-i (0.18 %) bəraət hökmü olub. 2012-ci ildə isə 10 min 865 ittiham hökmünün qarşılığında 23 (0.21%) bəraət hökmü verilib. 2013-cü ilin statistik göstəriciləri də bənzərdir – 11 min 55 ittiham, 27 (0.24%) bəraət hökmü.
DƏRMANLAR BAHALAŞIB
«Yeni Müsavat» dərmanların qiymətinə toxunub: «Apteklərdə dərmanlar bahalaşıb, «vahid qiymət» də yoxdur».
Qəzet yazır ki, apteklərdə bir sıra dərmanların qiyməti bahalaşıb. Bahalaşma daha çox mövsümlə əlaqədar soyuqdəymə və qrip əleyhinə dərmanlarda müşahidə edilir.Şəkər xəstələri üçün satılan diabet çaylarının da qiymətində bahalaşma qeydə alınıb:
«Məsələn, əvvəllər 1 manat 80 qəpiyə satılan diabet çayı indi 2 manata, uşaqlar üçün soyuqdəyməyə qarşı satılan dərman əvvəl 4 manat 80 qəpiyə idisə, indi 5 manata satılır. Bundan başqa «Panangin»in qiyməti 2 manat 50 qəpikdən 3 manata qalxıb. 3 manata satılan «Quttalaks» isə 4 manat olub. Bundan başqa, «Nitroqliserin» 80 qəpikdən 1 manat 30 qəpiyə qalxıb. Həmçinin, «Ekstrakt valerianı» əvvəllər 20 qəpik idisə, indi 30 qəpik olub. Ümumiyyətlə, dərmanların hamısında 10 qəpik 1 manat arası bahalaşma var.
Baş çəkdiyimiz apteklərdən qiymətlərin bahalaşmasının səbəbi ilə maraqlandıq. Aptek işçilərinin bir qismi səbəbi izah edə bilmədi. Bəziləri isə onlara neçəyə deyiblərsə, o qiymətə də satdıqlarını bildirdilər.