Beyinlə idarə olunan maşın
Çinin Nankay Universitetində tədqiqatçılar beyin siqnalları ilə idarə olunan avtomobil hazırlayıblar.
Avtomobili sürmək üçün xüsusi başlıq yaradılıb. Sürücü 16 senzordan ibarət olan bu başlığı taxmalıdır. Sonra senzorlar beyin siqnallarını oxuyub kompüter proqramına ötürür. Proqramla bu siqnallar avtomatik əmrlərə çevrilib avtomobilə göndərilir.
Hazırda bu texnologiya maşını irəli-geri sürməyə, dayandırmağa, qapıları kilidləyib açmağa imkan verir.
Oqtay Gülalıyev: "bütün sahələrdə hüquqlar pozulur,- desək, daha düzgün olardı"
Dekabrın 10-u beynəlxalq insan haqları günüdür. Azərbaycanda insan haqları necə qorunur? Bu sualı hüquq müdafiəçisi Oqtay Gülalıyevə veririk.
- Sizcə, daha çox hansı sahədə hüquq və azadlıqlar pozulur?
- Mən fərq qoymazdım. Məncə, “bütün sahələrdə hüquqlar pozulur” desək, daha doğru olardı. Bu gün siyasi hüquqdan tutmuş insanların istirahət hüququna qədər tapdanır. Azərbaycanda təkcə ictimai-siyasi fəalların hüquqları məhdudlaşdırılmayıb. Eyni zamanda, əhalinin müxtəlif kəsimləri də hüquqsuzluqla üzləşir, sıravi vətəndaşın mülkiyyət hüququ, sosial, iqtisadi, mədəni və başqa hüquqları da tapdanır. Yaxın günlərdə “Günəşli” yatağında olanlara diqqət yetirmək kifayətdir. İnsanların hüquqları qorunsaydı, onları fırtınalı havada platformada saxlamazdılar. Onları vaxtında təxliyə edər, həyatlarını xilas edərdilər. Bu gün onların yaxınları, doğmaları bu itkini, bu dərdi yaşamazdılar.
10 dekabr beynəlxalq insan haqları günüdür
Məhz dekabrın 10-u 1948-ci ildə Universal İnsan Haqları Bəyannaməsi qəbul olunub
BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il Qətnaməsi ilə 1950-ci ildən başlayaraq hər il 10 dekabr tarixi İnsan hüquqları günü kimi qeyd edilir.
Okeaniyada xırda , adalar dövləti olan Kiribatidə İnsan hüquqları günü hətta dövlət bayramıdır.
Bir iraqlı Amerikada lotereyada 6 milyon uddu
İraqda yaşayan bir nəfər ABŞ-ın Oreqon ştatında keçirilən lotereyada 6.4 milyon dollarlıq cekpot udub.
O, dekabrın 1-də, udandan 3 ay sonra Salemdəki ofisdə mükafata sahib çıxıb.
Adı açıqlanmayan iraqlı pulunu 25 il müddətinə ilə 256 min dollar olmaqla əldə etməyi seçib.