Keçid linkləri

2025, 30 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32
Anar Həsənov
Anar Həsənov

AzadlıqLive-"Məlumatın prezidentə çatması blok olunur"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

-


14:35 14.12.2015

Zakir Nəsirov azadlığa çıxa bilər?

MTN-dəki dəyişiklikdən sonra məşhur “Qara Kəmər” işinin yenidən araşdırılması gündəmə gəlib. Mətbuata açıqlama verən Hacı Məmmədovun bacısı artıq qardaşının vəkil tutduğunu və yenidən ifadə vermək istədiyini bildirib. H.Məmmədov həmçinin eks nazir Eldar Mahmudovun dövründə ona hədə-qorxu və təzyiqlər edildiyi üçün məhkəmədə həqiqəti deyə bilmədiyini, DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi olmadığını etiraf edib. Onun sözlərinə görə, Z.Nəsirov süni olaraq bu işə cəlb edilmişdi.

“Qafqazinfo” ömürlük azadlıqdan məhrum edilən general Zakir Nəsirovun işinə yenidən baxılması və azadlığa çıxması ehtimallarını dəyərləndirmək üçün generalın vəkili ilə əlaqə saxlayıb. Vəkil Adil İsmayılov bildirib ki, "Z.Nəsirov etmədiyi bir cinayətə görə məhkum olunub, bəraət alıb azadlığa çıxacağı günü gözləyir”.

14:49 14.12.2015

Rauf Mirqədirovun vəkili: "məhkəmə istintaqı elə də pis keçmədi"

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun məhkəmə istintaqı sona çatıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə dekabrın 16-da davam edəcək.

Rauf Mirqədirovun vəkili Fuad Ağayev məhkəmə istintaqını AzadlıqRadiosuna şərh edərkən bildirib ki, «Azərbaycan məhkəmələrindəki reallığı nəzərə alsaq, elə də pis keçmədi».

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.

Özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

14:52 14.12.2015

Xarici Kəşfiyyat rəhbəri təyin olunub

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Orxan Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

14:54 14.12.2015

Mədət Quliyev DTX-nın rəisi təyin olundu

Mədət Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Mədət Quliyev kimdir?

Davamı

XS
SM
MD
LG