Keçid linkləri

Təcili xəbərlər
2023, 10 İyun, şənbə, Bakı vaxtı 18:45

Mirqədirovun məhkəmə istintaqı bitdi


Rauf Mirqədirov

-

«Məntiqlə, Rauf Mirqədirov azad olunmalıdır»
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun məhkəmə istintaqı sona çatıb.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə dekabrın 16-da davam edəcək.

Rauf Mirqədirovun vəkili Fuad Ağayev məhkəmə istintaqını AzadlıqRadiosuna şərh edərkən bildirib ki, «Azərbaycan məhkəmələrindəki reallığı nəzərə alsaq, elə də pis keçmədi».

Leyla və Arif Yunus barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda isə Rauf Mirqədirov vəkilindən bu gün xəbər tutub. «Reaksiyası normal oldu», - deyə vəkil bildirib.

Rauf Mirqədirovun anası Rəfiqə İsayeva bildirib ki, Leyla və Arif Yunusun azad olunmasından sonra oğlunun azadlığa çıxmasına zəmin yaranıb. "Mən əminəm ki, Rauf azad ediləcək. Bunun elə məhkəmə proseslərinin birində baş verməsini arzulayıram", jurnalistin anası söyləyib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.

Özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

XS
SM
MD
LG