Keçid linkləri

2025, 30 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:25
Anar Həsənov
Anar Həsənov

AzadlıqLive-"Məlumatın prezidentə çatması blok olunur"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

-


20:40 17.12.2015

Bu günki AzadlıqLive-da:

ABŞ Helsinki Komissiyası Azərbaycana rəsmilərinə viza qadağanının qoyulmasını təklif edir

Azərbaycanda buna reaksiyalar- Turan İnformasiya agentliyinin direktoru Mehman Əliyev

Gözlə
Embed

No media source currently available

0:00 0:03:30 0:00
Direct-ə keçid

Milli Məclisin Komitə sədri Astan Şahverdiyev

Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

AXCP sədri Əli Kərimli

Gözlə
Embed

No media source currently available

0:00 0:02:26 0:00
Direct-ə keçid

Bakıda mağazalar bağlanır- fotolar

Bakı, bağlanan mağazalar
Bakı, bağlanan mağazalar

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov

Gözlə

No media source currently available

0:00 0:00:40 0:00
Direct-ə keçid

17:55 17.12.2015

Mobil operatorların gəlirləri azalır

Bu ilin 11 ayı ərzində Azərbaycanda mobil telefon xidmətləri göstərən operatorlar 798,6 milyon manat gəlir götürüblər. Əvvəlki illə müqayisədə gəlirlər 37,7 milyon manat və ya 4,6 faz aşağı düşüb.

Bəs mobil rabitə şirkətlərinin gəlirlərinin azalmasına təsir göstərən amillər hansılardır?

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzadlıqRadiosuna durumu şərh edərkən deyib ki, bunun obyektiv səbəbləri var.

“Hazırda ölkə əhalisi səsli rabitəni əvəz edən digər alternativ kommunikasiya vasitələrindən və imkanlarından (internet, sosial şəbəkə, mesajlaşma) daha geniş istifadə etməyə həvəs göstərir. İkinci ciddi səbəb isə mobil telefonun yaratdığı imkanların digər tətbiqlərin, məsələn, Whatsaapın və başqalarının daha aşağı xərc qarşılığında təklif etməsidir”.

16:34 17.12.2015

Kamaləddin Heydərov: "general olsa, belə, cəzalanacaq"

"Əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Bu gənclər bizim ordu birləşmələrində vahid komandanlıq altında yaşayıb, xidmət edirlər. Komandanlıq heç bir ayrı-seçkilik etməməlidir, orda hamı bir ailənin üzvüdür. Biz əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Orada həbs edilənlər oldu, həmin hadisə ilə bağlı daha güclü nəzarət təmin etməyənlər işdən azad edildi" - APA TV-nin məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş Kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov söyləyib.

Nazir bildirib ki, burada əsgərin psixoloji durumunu cəbhə bölgəsindəkilərlə müqayisə etmək doğru deyil: "Buna görə bir daha bildirirəm ki, hər xırda nöqsana görə, manqaya, bölüyə, hissəyə rəhbərlik edən kim olursa-olsun, hətta general da olsa, cəzalandırılacaq”.

16:07 17.12.2015

Avstriya Hava Yolları gələn il yanvarın 12-dən Vyana-Bakı-Vyana reysini dayandırır.

Hava konserninin mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb tələbatın azalması və müəyyən vaxtdır ki, sərnişinlərin minumum həddən aşağı olmasıdır.

Vyana-Bakı-Vyana marşrutu üzrə sonuncu reys yanvarın 11-də olacaq və sonrakı tarixlərə bilet almış sərnişinlərə alternativ variantlar təklif ediləcək.

Davamı

XS
SM
MD
LG