Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 11:22

«Azərbaycan Rusiya deyil ki, sanksiya qoyasan»


Astan Şahverdiyev
Astan Şahverdiyev

-

«Azərbaycanda elə bir situasiya yoxdur ki, Azərbaycan Rusiya, ya başqa ölkə deyil ki, onun rəsmi şəxsinə sanksiya qoyulsun».

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Astan Şahverdiyev «Demokratiya Aktı» haqda qərar layihəsindən danışarkən belə deyib. O, AzadlıqRadiosuna açıqlamasında bildirib ki, belə bir sanksiya qoymaqla ABŞ səhvə yol vermiş olar.

Astan Şahverdiyevin fikrincə, Azərbaycanda insan hüquqları sahəsində problem yoxdur: «Azərbaycanda siyasi dustaq yoxdur. Bütün dünya bilir bunu. İllər keçir, ötən illərdən, kvartallardan qalan hesabatları o birinə keçirirlər. Azərbaycanda siyasi dustaq yoxdur, cinayət törədən insanlar var. Rüşvətxoru «siyasi dustaq» adlandıraq, yoxsa adam öldürəni və ya cavan qızı qətlə yetirəni? Onların nəzərində siyasi dustaq olan Əlikram Hümbətov vardı, başa bəlaydı, gedib Yerevanda Azərbaycan əleyhinə danışırdı. Düşmən dövlətin ərazisində dövlətin əleyhinə danışırdı. O da siyasi dustaq idi?».

«ERMƏNİPƏRƏST QÜVVƏLƏRİN İŞİDİR»

Astan Şahverdiyev düşünür ki, Azərbaycana başqa kriteriyalarla, qərəzlə yanaşılır:

«Azərbaycan özü müstəqil siyasət yeridir, iqtisadiyyatını yüksəldir, insanların rifahını yaxşılaşdırır, gözləri götürmür. Müəyyən ermənipərəst qüvvələrin işidir, ermənilərdən aldıqları rüşvət hesabına Azərbaycana ləkə yaxırlar. Mən, sadəcə, bunu deyə bilərəm».

Deputatın qənaətincə, ABŞ birinci dəfə deyil Azərbaycana qarşı belə davranır: ««907-ci düzəliş» – Azərbaycan əleyhinə qərar elə o vaxtdan – 1992-ci ildən qüvvədə qalır. Hələ də ləğv etmirlər».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG