Beynəlxalq Bankın Sankt-Peterburq filialında axtarış?
Bu gün səhər saat 10:00 radələrindən etibarən Rusiyanın hüquq-mühafizə orqanları "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialında axtarışlara başlayıb.
"APA-Economics" "Fontanka" portalına istinadən xəbər verir ki, başlanılan müvafiq cinayət işi çərçivəsində aparılan axtarış tədbirləri pulların qanunsuz olaraq sərhəddən kənara çıxarılması ilə bağlıdır.
Filialın telefonlarına cavab verən yoxdur. Bundan başqa, "bank-müştəri" xidməti də fəaliyyətini dayandırıb.
Bu arada bankın Moskvada yerləşən baş ofisindən bəyan ediblər ki, hazırda Sankt-Peterburq filialında pulköçürmə və digər əməliyyatlar aparmaq mümkün deyil. Bankdan bunu rabitədəki problemlərlə əlaqələndiriblər və əlavə ediblər ki, bu problem 2-3 saata həll olunacaq.
Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə "APA-Economics"ə hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Onun sözlərinə görə Sankt-Peterburq filialının fəaliyyətində heç bir problem yoxdur.
Azərbaycan Mərkəzi Bankı təkzib edir
Bu səhər (dekabrın 17-də - red.) Mərkəzi Bankın adı çəkilməyən rəsmisi APA informasiya agentliyinə bildirib ki, FES-in (ABŞ-ın Mərkəzi Bankının-Red.) qərarı gözlənilən idi: "Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən, Azərbaycana, milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq üçün hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik".
Ancaq Mərkəzi Bank bir neçə saat sonra təkzib yayıb. Təkzibdə deyilir: “ABŞ-ın Federal Ehtiyatlar Sisteminin ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qərarının manatın ABŞ dollarına qarşı məzənnəsinə təsirinə dair Mərkəzi Bank hər hansı rəsmi açıqlama verməyib. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.
Putin suallara cavab verir
Rusiya prezidenti Putin bu gün suallara cavab verir. Onun bu sual-cavab şəklində İllik Hesabatına vaxt məhdudiyyəti qoyulmayıb.
Putin Türkiyə terrorizm təhlükəsiz haqda deyib: "Vizasız girişdən istifadə edən terrorçular Türkiyə pasportları ilə gəlir, sonra da biz məcburuq, onları Qafqazda və ya milyon əhalisi olan şəhərlərdə axtarıb, tutaq"
Savchenko Putinə sual verir
Rusiyada həbsdə olan ukraynalı hərbçi Nadejda Savchenko Rusiya prezidenti Putinə sual verib. O, həbsxanada sualı köynəyinə yazıb, onun bu köynəkdə şəklini isə vəkili Twitterə qoyub. Vəkil Mark Feygin Savchenkonun sualını rus dilinə tərcümə edib: "Savchenkonun Putinə sualı: Siz ourladığınız və Rusiya həbsxanalrında saxladığınız ukraynalıları nə vaxt buraxacaqsınız?"