Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 07:21
Anar Həsənov
Anar Həsənov

AzadlıqLive-"Məlumatın prezidentə çatması blok olunur"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

-


12:52 17.12.2015

İlham Əliyev Serj Sarkisianla görüşür

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serzh Sarkisian arasında görüşün yeri və vaxtı dəqiqləşib.

Görüş dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

12:49 17.12.2015

Helsinki komissiyası Azərbaycan rəsmilərinə qarşı sanksiya təklif edir

Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri Chris Smith Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktını (Azerbaijan Democracy Act of 2015) təqdim edib.

Bununla əlaqədar verilmiş bəyanatda deyilir ki, Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin və vətəndaş cəmiyyəti qruplarının səslərinin susdurulmasına yönəldilmiş və illərlə davam edən sistematik səylərinin ardınca Helsinki Komissiyasının sədri, respublikaçı Chris Smith “Azərbaycanda Demokratiya 2015” (H.R.4264) adlı qanun layihəsini təqdim edib.

Bu əlamətdar qanun Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmilərinə Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur.

12:47 17.12.2015

Dollar dünyada qalxır, indi manat necə olacaq?

ABŞ-da Mərkəzi Bank funksiyasını görən Federal Ehtiyat Sisteminin (FES) Federal Açıq Bazar Komitəsi (FABK) uçot dərəcəsini 0.25 faizdən 0.50 faizədək artırmaqla bağlı tarixi qərar qəbul edib.Sonuncu belə qərar 2006-cı ildə verilmişdi.

Bunun manat təsiri. Natiq Cəfərlinin fikrincə, hökumət boş yerə üzən məzənnə formulunu ortaya atmayıb: «Onu iqtisadi kateqoriya kimi insanların beyinlərinə yeritməyə çalışırlar. Amma manatın məzənnəsi yenə inzibati qaydada təyin olunacaq, çünki Azərbaycanda üzən məzənnəyə keçmək üçün iqtisadi institutlar, infrastruktur yoxdur. Bu, mümkünsüzdür. Sadəcə, manatın məzənnəsi inzibati qaydada və yumşaq şəkildə dəyişəcək və milli valyutanın mərhələ-mərhələ dəyərdən düşməsinə qərar verəcəklər». Azərbaycanlı iqtisadçıların fikirləri.

12:44 17.12.2015

Qətərin hakim ailəsinin üzvləri oğurlanıb

Mediada yayılan xəbərlərə görə İraqın cənubundakı səhra ərazidə Qətər monarx ailəsinin ov edən üzvləri silahlılar tərəfindən oğurlanıb.

Xəbərlərdə deyilir ki, silahlılar, hakim ailənin üzvləri də daxil Qətərdən gələn azı 26 quş ovçusunu onların Samava əyalətindəki düşərgəsindən oğurlayıblar.

Əyalətin qubernatoru Faleh al-Zayadi bildirib ki, 100-dək basqınçı, üzərində pulemyot quraşdırılmış 50-dək ciplə səhər saatlarında hücum edib.

Hadisə İraqın cənubundakı səhra ərazidə Səudiyyə sərhədi yaxınlığında baş verib.

Davamı

XS
SM
MD
LG