Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 08:57
Anar Həsənov
Anar Həsənov

AzadlıqLive-"Məlumatın prezidentə çatması blok olunur"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

-


20:46 16.12.2015

Bu günki AzadlıqLive-da:

Avropa Şurasının Baş katibi Thorbjorn Jagland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayır.«Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda tənqidi səslərin susdurulması və söz azadlığının məhdudlaşdırılması üçün hüququn özbaşına (əsassız) tətbiqini üzə çıxarıb», - Baş katib belə deyib.

Azərbaycanın AŞPA-dakı nümayəndıə heyətinin başçısı Səməd Seyidovsa deyir ki, bu məsələ bir qədər başqa cürdür:

Gözlə

No media source currently available

0:00 0:02:40 0:00
Direct-ə keçid

Gözlə

No media source currently available

0:00 0:02:25 0:00
Direct-ə keçid

Rauf Mirqədirova 7 il həbs istənilir

Bayram ərəfəsi bazarda qiymətlər: Bazarda hər şey var, bircə müştəri yoxdur

17:15 16.12.2015

Avakov Saakashvili ilə mübahisəsinin videosunu yayıb

Ukraynaın Daxili İşlər naziri Arsen Avakov Odessa qubernatoru Mikheil Saakashvili ilə mübahisəsinin videosunu öz Facebook səhifəsinə qoyub. O yazır ki, bu videoda yaxşı şeylər azdır, ancaq insanlar görsünlər ki, söhbət nədən gedir. Avakov bu videonun surətini prezident administrasiyasından alıb və bütünlüklə, ixtisarsız təqdim edib.

Dava iki gün qabaq olub və həmin iclasa prezident Poroshenko sədrlik edirdi.

Saakashvili-yə stəkan atdılar
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

16:49 16.12.2015

Kənddə kompüter var, internet yoxdur

“Qəşədlilərin dünyadan xəbəri yoxdur. Şəxsən mən utanıram deyəm ki, “bizim kənddə telefon, internet yoxdur”. Hansı zəmanədə yaşayırıq axı”

“Məktəbin açılışına Səlim Müslümov da gəlmişdi. Girdi kompüter otağına, bir bəh-bəhlə təriflədi ki, “daha nə istəyirsiz? Görün dövlət necə şərait yaradıb sizə?” Dedim, “ay nazir, bu kompüterləri üzünə tamaşa etmək üçün veriblər bizə? İnternetimiz olmayandan sonra bu kompüterlər nəyimizə lazımdır axı?””

Ağsu rayonunun Qəşəd kənd məktəbinin müəllimi Osman Qurbanov AzadlıqRadiosunun “Qaynar xətt”inə hələ də kəndin telefonlaşdırılmamasından gileylənib. Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dəfələrlə məktubla müraciət etməsinə baxmayaraq, kəndə telefon xətti çəkilmir. Bu da müasir dövrdə interneti əhali üçün əlçatmaz edib. Ardı saytımızda

15:16 16.12.2015

İlyas İsmayılov Avropa məhkəməsinə şikayət edəcək

Ədalət partiyasının sədri, deputatlığa keçmiş namizəd İlyas İsmayilov parlement seçkilərində saxtakarlıqların baş verdiyi iddiası ilə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayir.
İlyas İsmayılov 106 sayli Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Mərkəzi Seçi Komissiyası həmin dairədən bitərəf namizəd Ülviyyə Ağayevanı qalib élan etdi.
İlyas İsmayılov Azadlıq Radiosuna deyib ki, onların dairəsində seçki ədalətli keçirilməyib

Davamı

XS
SM
MD
LG