Kubik-Rubikin 40 yaşı olur
1975-ci ildə macar arxitektoru Ernő Rubik bu oyuncağı tələbələrinə dərs vəsaiti kimi düzəldib. Həmin vaxt o, İnşaat və Arxitektura fakültəsində dərs deyirmiş.
Kubik əvvəlcə Nyu-Yorkda satışa çıxıb. Yaranmasından 40 il sonra bu kubikin orijinalı (saxtalarını saymasaq) dünyada 350 milyon ədəd satılıb. O, özü belə çox satış, belə böyük uğur gözləmirmiş.
ABŞ neft ixrcatçısına çevrilir...
Dekabrın 9-na olan məlumata görə, ABŞ-ın 700 milyon barrel strateji neft ehtiyatı var, bundan əlavə, 490 milyon barrel kommersiya məqsədli ehtiyat nefti var.
ABŞ 1973-cü ildə Ərəb -İsrail müharibəsində İsrailin tərəfini tutanda Ərəb ölkələri ABŞ-a qarşı neft embarqosu qoydular və neftin bir barrelinin qiyməti 4 dəfə qalxdı- 3 dollardan 12 dollara.
Bundan sonra ABŞ daxildə istehsal olunan nefti daxili ehtiyaclara sərf etmək qərarına gəldi və xaricə neft satışına embarqo qoydu.
Ərəb ölkələrinin neft sanksiyaları 1974-cü ildə ləğv olundu, ABŞ-ın neft satışına qadağanı isə qanun şəklini aldı və indiyədək qalır.
Məlumatlara görə, ABŞ Konqresinin liderləri xam neft ixracına bu 40 illik embarqonun ləğvi məsələsini razılaşdırıblar. Ancaq Reutersin məlumatına görə, Konqresdə respublikaçıların liderləri belə bir razılığın olduğunu dedikləri vaxt, demokratların lideri Reid deyib ki, hələ mübahisə qalır.
ABŞ neft ixracına embarqonu qaldırır
ABŞ Konqresinin liderləri xam neft ixracına 40 illik embarqonun ləğvi məsələsini razılaşdırıblar.
Nümayəndələr Palatasının spikeri Paul Ryan palatanın qapalı iclasında deyib ki, dekabrın 17-də 3 trilyon dollar həcmində büdcə xərcləmələri və bir sıra vergi güzəştlərinin uzadılması səsə qoyulacaq.
Neft ixracına ticarət məhdudiyyətinin ləğvi, bərpaolunan enerji mənbələri sahəsində güzəştli verginin müddətinin uzadılması nəzərdə tutulur.
ABŞ-ın neft ixracına başlaması neftin qiymətini salacaq.
ABŞ Mərkəzi Bankı uçot dərəcəsini qaldıra bilər
ABŞ-da Mərkəzi Bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FES) Federal Açıq Bazar Komitəsində (FABK) növbəti müzakirələr bu gün – dekabrın 16-da başa çatacaq.
İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, FES son 9 ildə ilk dəfə uçot dərəcələrini artıracaq: «Buna ABŞ iqtisadiyyatında müşahidə olunan sabitlik və gələcəklə bağlı nikbin gözləntilər əsaslar yaradır. FES-in xanım sədri Janet Yellen bu gün – dekabrın 16-dakeçirəcəyi mətbuat konfransında FABK-dəki müzakirələrin nəticələrini açıqlayacaq».
Uçot dərəcəsi qalxsa, dollar da qalxacaq. Manata gəlincə, indi də olmasa, yaxın vaxtlarda manat da dollara nisbətən düşəcək.