Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:53
Ankara arxiv fotosu
Ankara arxiv fotosu

AzadlıqLive - Terrorda şübhəli bilinən qadın Azərbaycan vətəndaşıdır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyə bilərsiz

20:34 16.10.2015

Bu günki AzadlıqLive-da:

Mərc oyunlarına vergi

Terrorda adı keçən qadın Azərbaycan vətəndaşıdır

Maaşlar niyə gecikir?

19:45 16.10.2015

Terrorda şübhəli bilinən qadın Azərbaycan vətəndaşıdır

Ankarada baş verən terror aktı ilə bağlı şübhəli şəxslər siyahısında adı çəkilən Ülkər Məmmədovanın Azərbaycan vətəndaşı olması təsdiqlənib.

Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumat verib. O bildirib ki, bununla bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına göndərilən sorğuya artıq cavab gəlib: “Həmin cavabla hər şey məlum oldu. Ülkər Məmmədova Azərbaycan vətəndaşıdır. Lakin o, uzun illər Türkiyədə yaşayıb. Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.

Xatırladaq ki, oktyabrın 10-da Ankarada törədilən partlayış nəticəsində 100 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. Terror aktının törədilməsində şübhəli bilinən və İŞİD üzvü olduqları bildirilən 21 nəfərin adı açıqlanıb və fotoları yayınlanıb. Ülkər Məmmədovanın da adı bu siyahıdadır.

18:27 16.10.2015

Maaşlar niyə gecikir?

Azadlıq Radiosuna son vaxtlar maaşların gecikməyi ilə bağlı e-maillər gəlir. Məsələn, son belə e-maildə deyilir ki, Azərenerjidə maaşlar gecikir. Regionların da adı çəkilir, məsələn, deyilir ki, Qəbələdə maaşlar gecikir. Maaşların gecikməsi nə ilə bağlıdır?

İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, iri dövlət şirkətləri arasında həmişə qarşılıqlı borclar problemi yaranır. Həmişə də hökümət bu borcları silməklə bu problemi həll edib. Ancaq indiki vaxtın bir problemi odur ki, hökümətin əvvəlki illərdəki kimi maliyyə imkanları yoxdur.

Qadir İbrahimli deyir ki, gələn il ixtisarlar ola bilər.

Gözlə

No media source currently available

0:00 0:08:43 0:00
Direct-ə keçid


17:19 16.10.2015

300 milyonluq mərc oyunları bazarı

Azərbaycanda idman mərc oyunları bazarının illik dövriyyəsi təqribən 300 milyon manat təşkil edir.

Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Virtualaz.org-un məlumatına görə, nazir deyib ki, 2013-cü il yanvarın 1-dən fiziki şəxslərin mərc oyunlarından uduşlar vergidən azaddır: "Nəticədə bu, ötən il ərzində idman mərc oyunlarının inkişafına xidmət edib. Buna görə də idman mərc oyunlarından əldə edilən uduşların vergiyə cəlb edilməsi zərurəti yarandı. İndiki iqtisadi vəziyyəti nəzərə alsaq, bu məqsədəuyğundur".

Vergi qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, 2016-cı ildən Azərbaycanda idman totalizatorları iştirakçılarının uduşlarından onun məbləğinin 10 faizi həcmində gəlir vergisi tutulacaq.

Davamı

XS
SM
MD
LG