Avtovağzal həm sürüşür, həm çökür
AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmənin baş verməsinin başlıca səbəbi antropogen amillərdir (yəni, insan amilləridir- AzadlıqLive). Direktor müavininin sözlərinə görə, həmin ərazidə yol altında və yol altına yaxın olan infrastrukturda bərkitmə işləri yüksək keyfiyyətlə aparılmayıb: “Hadisə həm də həmin əraziyə axan suların ərazidən uzaqlaşdırılması üçün kifayət qədər su ötürücü qurğuların tikilməməyinin nəticəsində baş verib. Yolun altı kifayət qədər yaxşı bərkidilməyib və su ötürücü qurğular kifayət qədər tikilməyib”.
E. Əlizadə qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən hadisə sırf sürüşmə hadisəsi deyil: “Hamı bunu sürüşmə hadisəsi kimi təqdim edir. Əslində bu sırf sürüşmə deyil, bu sürüşmə-çökmə hadisəsidir”.
İlham Əliyev Vladimir Putinlə iqtisadi böhranı müzakirə edib
Putin Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda keçirilən MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə neftin qiymətlərinin ucuzlaşmasını və regionda iqtisadi fəallığın azalmasını müzakirə edib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Putin özü MDB dövlət başçılarının ümumi yığıncağındakı çıxışı zamanı bildirib. Rusiya prezidentinin çıxışını Kremlin rəsmi saytı yayıb.
“Bu gün bizim ölkələrimizə bir sıra neqativ xarici amillər təsir edir. Biz bu zala daxil olarkən bəzi həmkarlarımızla, o cümlədən Azərbaycan prezidenti ilə danışdıq. Bu, bizim bir sıra əsas ixrac mallarımızın qiymətinin aşağı düşməsi, dünya iqtisadiyyatında hökm sürən qeyri-müəyyənlik, bir sıra regionlarda siyasi gərginliyin artmasıdır. Bütün bu məqamlar regionda iqtisadi artımın yavaşımasına gətirib çıxarır”- deyə Putin bildirib.
“Bu situasiyada milli iqtisadiyyatların xarici bazarlardan asılılığını azaltmaq üçün kompleks tədbirlər görmək və MDB-in özünün daxilində işgüzar əlaqələrin canlandırılması barədə düşünmək lazımdır”-deyə Putin vurğulayıb.
“Biz həmçinin qarşılıqlı hesablaşmalarda milli valyutalara keçməliyik”- Putin deyib.
Saatla telefon zənginə cavab
Bir nömrədən planşetdə, smartfonda, hətta «ağıllı saat»da istifadə imkanı yaranıb. ABŞ-ın «AT&T» telekommunikasiya şirkətinin abunəçiləri bundan sonra«NumberSync» adlanan yeni xidmətdən istifadə edə biləcəklər.
İlham Əliyevin prezidentliyinin iki ili arxada qaldı
İki il əvvəl - oktyabrın 9-da o, üçüncü müddətə bu vəzifəyə sahibləndi. İlham Əliyevin prezidentliyinin iki ili arxada qalıb. Bu iki ildə hansı nəticələr var? Natiq Cəfərli: “Hesablanmada beynəlxalq təcrübədə olan mal və xidmətlər götürülmür. Göstəricilər yenilənsə, Azərbaycanda yoxsulluğun 2-3 dəfə artmış olduğu görünəcək. Azərbaycanda yoxsulluq həddi 100-110 manat civarında hesablanır. Ancaq Azərbaycanda qiymətlər çox yüksəkdir. Avropanın ən kasıb ölkələrindən olan Bolqarıstanda yoxsulluq həcmi 180 avro civarında hesablanır. Yəni Azərbaycandan çoxdur. Qiymətlərsə Azərbaycandan 2-3 dəfə aşağıdır.”