İlham Əliyev : Bizi təxribata çəkirlər
Təmas xəttində baş verən hadisələrə toxunan İlham Əliyev Ermənistanın Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu, beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib. Bunları Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Dərman idxalı artıb
Dövlət Gömrük Komitəsinin açıqladığı son məlumatına görə, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə əczaçılıq məhsullarının idxalı 16.4 faiz və ya 25 milyon dollar artıb. Nəticədə ötən il dərman gətirilməsinə görə idxalatçılar 160 milyon dollar vəsait xərcləmişdisə, bu il artıq bu məqsədlə xərclər 185 milyonu ötüb.
Bu statistikaya İrandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan ölkəyə fərdi qaydada dərman gətirilməsi daxil deyil. Bunu da nəzərə alsaq, ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar.
«10 manatın canı sağ olsun»
- Bu saatda necə keçə bildiniz maşınla? Rayon qeydiyyatı deyil sizdə?
- Hə, rayondur. Amma 10 manatın canı sağ olsun. Verib keçdim.
"Çölü bəzək, içi ..." (video)
Mingəçevirdə 64 saylı yataqxanada məskunlaşan 33 məcburi köçkün ailəsi deyir ki, Avropa Oyunları ərəfəsi xaricilər üçün binanın üzünü təmir ediblər, içi isə dağılır.